Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev Karapetyanın Moskva səfərinin pərdəarxası məqamını şərh edib

Fərəc Quliyev Karapetyanın Moskva səfərinin pərdəarxası məqamını şərh edib
Sərhəddə baş verən gərginlik fonunda Ermənistan “günah keçisi” axtarmaqda davam edir. KTMT-nin ötən gün İrəvanda səfərdə olan baş katibi Stanislav Zasla görüşən yeni müdafiə naziri Arşak Karapetyan qurumun ölkəsinə hərbi dəstək verməməsindən gileylənib. Ona görə ki təşkilat hərbçilərinin bölgəyə yerləşdirilməsilə bağlı təxribatçı cəhdləri nəticəsiz qalıb. Stanislav Zasın erməni rəsmilərlə görüşdə “Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar tükənməyib. Məsələnin həlli üçün Azərbaycan-Rusiya-Ermənistan formatında fəaliyyət vacibdir” söyləməsi bununla bağlı bütün gözləntiləri alt-üst edib.

Yeri gəlmişkən, Karapetyan rusiyalı həmkarının dəvəti ilə bu gün Moskvaya yola düşüb. Azərbaycan sərhədindəki atışmalarla bağlı erməni nazirin Sergey Şoyqudan konkret tapşırıqlar alacağı ehtimal olunur.

KTMT-ni prosesə daxil etmək cəhdləri ilə Karapetyanın Moskva səfərinin pərdəarxası məqamını Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev şərh edib.

Həmin müsahibənin videolinkini təqdim edirik:


AÇILMAZSA TIKLAYIN