Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Qarabağda üçtərəfli patrul həyata keçirilə bilər? - ŞƏRH

Qarabağda üçtərəfli patrul həyata keçirilə bilər? - ŞƏRH
Bir neçə gün əvvəl Rusiyanın RBK telekanalı Xocalı, Xocavənd və Ağdərənin tezliklə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə veriləcəyi bağlı xəbər yaymışdı. Rusiyanın nüfuzlu xəbər kanalının bu addımının bu iddianın doğru olacağı kimi qiymətləndirilir.

Maraqlıdır, həqiqətən Qarabağda üçtərəfli patrulların yaradılması mümkündürmü?

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, erməni silahlı qüvvələrinin və Xocalı soyqırımında əli olanların Qarabağda qalması mümkün deyil:

“Bu mövzuda hər kəsin öz baxışı ola bilər, lakin biz bu prosesə fərqli yanaşmışıq. Bildirmişəm ki, bu ərazi Azərbaycanın mülki idarəsində olmalıdır və bütün işləri biz görməliyik. Orada olan erməni əhalisi gələcəkdə Azərbaycan vətəndaşı olaraq istənilən strukturda təmsil oluna bilər.Hazırda ən real vəziyyət budur ki, Rusiya sülhməramlıları, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq patrul təşkil edə bilər. Həmçinin, erməni əhalisinin tərkibindən Azərbaycan vətəndaşlığını qəbul edənlər hüquq-mühafizə orqanlarında, hətta Azərbaycan Silahlı Qüvvələrinin tərkibində həmin ərazilərdə xidmət edə bilər.

Ümumiyyətlə, ermənilərin iddia etdiyi kimi bir inzibati ərazi yoxdur və Ermənistan Silahlı Qüvvələri Qarabağda iştirak edə bilməz. Hesab edirəm ki, üçtərəfli razılaşmanın dördüncü bəndinə əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. Müxtəlif təkliflər var və bunları müzakirə etmək olar. Nəticə etibarilə isə Qarabağdakı bütün idarəetmə və proseslərə nəzarət Azərbaycanın əlində olmalıdır”.

Elmir/Cebhe.info