Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

“Rusiya Türkiyənin regionda söz sahibi olduğunu anlayır” MDHP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Rusiya Türkiyənin regionda söz sahibi olduğunu anlayır” MDHP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı Qarabağla bağlı məsələlərin müzakirə olunması bizi daha çox düşündürür. Amma prinsip etibarı ilə bizi oradakı müzakirə edilən məsələlərin hamısı maraqlandırır. Çünki Türkiyənin mövqeyi, gələcəyə planlaşdırılan hərəkətləri bizim üçün maraqlıdır”.

Bunu SİA-ya açıqlamasında MDHP-nin sədri Fərəc Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan, sadəcə, Türkiyə ilə müttəfiq dövlət deyil, həm də artıq iç-içə qardaş dövlətlərdir: “Türkiyənin problemləri bizim problemlər sayılır. Bu baxımdan, təbii ki, bu görüş Azərbaycanda, eləcə də dünyada hər kəsin diqqətində olan bir görüş idi. Burada nümayəndə heyətləri görüşmədi. Yalnız Türkiyə və Rusiya prezidentlərinin təkbətək görüşü oldu və bu görüşdən sonra da heç bir açıqlama verilmədi. Yalnız Rəcəb Tayyib Ərdoğanın tvitter hesabında görüşə verdiyi qiymət idi və orada qeyd edilir ki, görüş səmərəli oldu. Amma bu görüşdən əvvəl bir münasibətlər var idi ki, Suriya, İraq, ümumiyyətlə, Yaxın Şərqdəki proseslərin o cümlədən, Cənubi Qafqaz məsələsinin də müzakirəsi gündəmdə olduğu bildirilirdi. V.Putinin dediyi “Türkiyə ilə birlikdə Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşməsində də Rusiya əməkdaşlıq edəcək” fikirləri yeni fikir idi. Çünki indiyə qədər Türkiyə Monitorinq Mərkəzində Rusiya ilə əməkdaşlıq edirdisə, indi artıq sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində Türkiyənin burada olacağı qeyd olunması, artıq Rusiya Türkiyənin regionda söz sahibi olduğunu və onsuz bu işlərin görülməsinin mümkün olmadığını anlayır”.

Gülyana/sia.az