Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev İsrail-Azərbaycan Gənclər birliyinin təsisçisi Rauf Bayrambəylini qəbul etdi

Fərəc Quliyev İsrail-Azərbaycan Gənclər birliyinin təsisçisi Rauf Bayrambəylini qəbul etdi
Milli Dirçəliş Hərəkatı partiyasının lideri Fərəc Quliyev İsrail-Azərbaycan Gənclər birliyinin təsisçisi Rauf Bayrambəylini qəbul etmişdir.

Təsisçi nəzərdə tutduqları fəaliyyət istiqamətləri haqda məlumat vermişdir: "Birliyimiz iki ölkə arasında olan münasibətləri daha da möhkəmləndirmək məqsədi ilə yaradılmışdır. Məqsədlərimizdən bəziləri: Azərbaycanda “İsrail günü” adlı tədbirlər həyata keçirmək, xalqımıza yəhudilərin bayramları adət-ənənələri barədə məlumat vermək, eləcədə Təl-Əviv şəhərində “Azərbaycan günü” adlı tədbirlər keçirmək, Azərbaycanda ivrit dili kursları, İsraildə Azərbaycan dili kursları açmaq. Bu iki ölkənin tarix boyu bir birinə dayaq olması və əsrlər boyu qardaşlıq firavanlıq içində yaşaması barədə vətəndaşlarımıza maarifləndirici tədbirlər həyata keçirmək. Keçmiş stereotiplərdən qurtulub gələcəyə doğru addımlamaq, türkə və yəhudiyə qarşı yönəlik istənilən şər böhtana qarşı müqavimət sistemi yaratmaqdır."

Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc bəy MDHP Gənclərlə İş Departamenti ilə İsrail Azərbaycan Gənclər birliyinin əməkdaşlıq istiqamətləri haqda tövsiyyələrini vermişdir.

MDHP Mətbuat Xidməti