Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyevin Milli Məclisdəki ÇIXIŞI (tam mətn) 12.02.2016

Fərəc Quliyevin Milli Məclisdəki ÇIXIŞI (tam mətn) 12.02.2016

Fərəc Quliyevin 2016- cı il fevralın 12-də Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında məsələnin müzakirəsində çıxışının tam mətni.

Hörmətli sədr,hörmətli kolleqalar!
Təcrübə göstərdi ki, islahat yolu ilə korrupsiyanın qarşısını almaq, inkişafa nail olmaq, inzibati yoldan daha səmərəlidir. İslahatlarla bağlı Prezidentin son sərəncamları bələdiyyələrin də indikindən fərqli davranmasını gündəmə gətirir. Müvafiq strukturlar dövrün yeni çağırışlarına uygun yeni yanaşmalar, yeni fəaliyyət forması təqdim etməlidirlər və açığı mən bu gün bunu gözləyirdim.

İndiki vəziyyətdə dövrün yeni çağırışlarına uygun olaraq bələdiyyələrin statusunun artırılması əvvəlkindən daha vacibdir. İqtisadiyyatda sabitləşdirmə yollarından biri kimi bələdiyyələrin imkanlarını da dəyərləndirmək lazımdır. Bələdiyyələrin statusunun artırılması icra hakimiyyətlərinin hüquqlarının azaldılması hesabına olmalıdır. Bəzən icra hakimiyyətləri qısqanclıqla bu məsələyə baxırlar, amma nəzərə almırlar ki,hüquqların bir qismini bələdiyyələrə verməklə həm də məsuliyyətin də bir qismi bələdiyyələrə verilir.Hakimiyyət həddən artıq mərkəzləşdirildikdə yerli–lokal problemlər də mərkəzləşir, etirazlar mərkəzə yönəlir. Halbuki bu problemlər yerlərdə həll olunmalıdır və həll oluna bilər.

Heç kimə sir deyil ki, İş yerləri, ticarət yerlərinin bir qisminin bağlanması ilə bağlı əyalətlərdən Bakıya gəlmiş gənclərin əhəmiyyətli hissəsi əyalətlərə qayidib və bu davam edir. Bu qayıdışı faydalı məcraya yönəltmək lazımdır. Gənclərin yerlərdə işsiz qalmaması, kənd təsərrüfatının inkişafında bu işçi qüvvəsindən səmərəli istifadə üçün yerlərdə fermer təsarüffatlarının qurulması üşün bu gənclərə aşağı faizlə kreditlərin verilməsi, daimi məskunlaşmaı üçün torpaq sahələrinin verilməsi vacibdir. 4 il əvvəl mən bu təkliflə çıxış etmişdim. Sahibkarların kreditlərə əlçatanlığının təmin olunması Prezidentin də son çıxışlarında da əksini tapdı. Neft fondunun vəsaitləri məndə olan məlumata görə 3%-dən də aşağı olaraq xaricdə işlətməyə verilir. Bu vəsaiti İslam bankçılığı təcrübəsindən də faydalanaraq, bələdiyyələri də prosesə qataraq yerlərdə səmərəli istifadə etmək olar. İslam bankçılığı təcrübəsində vəsait kreditora veriləndə təqdim olunan layihə təftiş olunur və həm də kredit verən bank tərəfindən səmərələşdirici təklif də verilir. Beləliklə bank özü də tərəfdaş, həm də məsuliyyəti bölən tərəf olur. Bu təcrübəyə modifikasiya edərək üç subyekt-bank, kreditor-gənc və bələdiyyə birgə layihə həyata keçirə bilərlər. Sahibkar da bu halda özünü daha güvənli hiss edər. Məncə zamanıdır ki, Bələdiyyələr və Bələdiyyələrlə işləyən müvafiq qurumlar yerli imkanları özündə əhatə edən müfəssəl proqram layihəsi hazırlasın və daxili imkanlarla həm rayonların inkişafı,həm ölkə büdcəsinə vəsait daxiletmə yolları təklif etsin.

Yenə də dəfələrlə qaldırdığım bir məsələyə qayıtmaq istəyirəm. Dövlət mülkiyyət hüququnu özündə saxlamaqla kommunal sektoru,enerji,istilik su təsərrüfatını bələdiyyə və özəl sektora verməlidir. Bu halda büdcədən vəsait alan bu sektor nəinki büdcəyə yük olmaz, hətta büdcəyə xeyli vəsait gətirər. Mən burada məsələ qaldırmışdım ki, səslənən təkliflər aidiyyatı üzrə qurumlara göndərilsin və bu gün kolleqalarım da bu fikiri səsləndirdi. Ona görə hesab edirəm ki, təkliflərim nəzərə alınacaqdır.

Diqqətiniz üçün təşəkkür edirəm.

Milli Dirçəliş Hərəkatı partiyası mətbuat xidməti.