Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:Valeri Pekresin Xankəndinə səfəri təsadüfi deyil

Fərəc Quliyev:Valeri Pekresin Xankəndinə səfəri təsadüfi deyil
“Valeri Pekresin Xankəndinə səfəri təkcə erməni seçicilərinin yox, yenidən bölgəyə qayıtmaq istəyən Ermənistanı maşa kimi istifadə edən dövlətlərin də etimadını qazanan bir hadisədir. Burada Rusiyanın da günahı kifayət qədər çoxdur”.

Bunu Fransa prezidentliyinə namizəd, hazırda İl-de-Frans şəhər şurasının sədri, Respublikaçılar Partiyasının nümayəndəsi Valeri Pekresin Xankəndinə səfəri və Ermənistanı dəstəkləyəcək bəyanatlar verməsinə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, Valeri Pekresin Xankəndinə səfəri təsadüfi deyil:

“Rusiya istəməsə, o, Xankəndinə keçə bilməzdi. Bu, onu göstərir ki, Rusiya da ona dəstək verir. Xankəndində çox radikal mövqedən çıxışlar etdi. Göründüyü qədər onun məqsədi həm də Rusiyanı qazanmaqdır. Fransada 400 minə qədər erməni seçici var, onların səsini almaq istəyir. Göstərir ki, ATƏT-in Minsk qrupunu dirçəltmək, o qurumu yenidən bölgəyə qaytarmaq istəyir. Dolayısı ilə ATƏT-in Minsk qrupunun digər üzvü ABŞ-a da mesajlar göndərir. O, Azərbaycanın yaratdığı yeni reallıqları tanımır, Türkiyə Azərbaycan tandeminə qarşı olanlara müttəfiqlik münasibəti sərgiləyir. O, Azərbaycan qanunlarına hörmətsizlik edib”.

Səxavət Məmməd/yenicag.az