Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyevin TƏBRİKİ

Fərəc Quliyevin TƏBRİKİ
Hörmətli soydaşlarım, Sizi, qarşıdan gələn "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni İl" bayramları münasibəti ilə təbrik edirəm.
Hörmətli prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan xalqının Vətən Müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağlı, qələbəli, qürurlu, gerçək sevincli bayramlar qeyd edirik. Bu qələbə Prezidentin liderliyi ətrafında bütün xalqın birləşərək milli birlik sərgiləməsi, Milli maraqların qorunmasında sonsuz fədakarlıq göstərməsi nəticəsində mümkün oldu.
Bütün dünyada heyranlıq doğuran bu birliyin yaranması xalqın vahid vətənçilik düşüncəsi ilə yanaşı həm də illərdir yürüdülən milli birlik siyasətinin nəticəsi idi. Əslində Həmrəylik bayramının fəlsəfəsi də özündə bütün bunları ehtiva edir.

Uğurlu inkişaf və böyük zəfərlərə nail olmağın açarı həmrəylik və birlikdə olduğu üçün, bu idealların simvolu kimi böyük bir məna ifadə edən Həmrəylik Bayramımızın və Yeni təqvim ilinin kiçik dövlət olan ailələrimiz və böyük ailə olan dövlətimizə düşərli olmasını diləyir və Sizə sağlam həyat, gözəl əhval və böyük uğurlar arzulayıram.

Hörmətlə Milli Dirşəliş Hərəkatı (MDH) partiyasının sədri Fərəc Quliyev.