Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

O, BÜTÖV AZƏRBAYCANIN ƏSGƏRIDİR – TƏBRİK

O, BÜTÖV AZƏRBAYCANIN ƏSGƏRIDİR – TƏBRİK

Sosioloqlara görə insanın xarakterini əsasən üç amil formalaşdırır: hava, su və ətraf mühit.
Saf dağ havasında təmiz bulaq suyu ilə mehriban insanlar arasında böyüyən o, artıq gəncliyinə sağlam düşüncə, saf insanlıq və dəmir iradə ilə qədəm qoymuşdu. O, bütün tütullarının önünə SƏMİMİ İNSAN ifadəsini, bütün vəzifələrinin önünə MƏRD ADAM ifadəsini, bütün münasibətlərinin önünə ƏSL DOST ifadəsini və bütün mübarizələrinin önünə BÜTÖV AZƏRBAYCANIN ƏSGƏRI ifadəsini qoya bildi...
O, Vətənin azadlığı, ərazi bütövlüyü və milli dirçəlişi uğrunda apardığı mübarizə ilə mənalı bir həyat yolu keçdi...
O, ailə başçısı kimi, millətimizin bütün adətlərinə və İlahi Törələriənə uyğun olan əsl Türk ailəsi qura bilmə xoşbəxtliyinə sahib oldu...
Bu dəyərli insan ötən ay keçirilən Parlament seçkilərində üçüncü dəfə xalqın etimadını qazanaraq qələbəyə imza atmış və bu gün ad gününü qeyd etdiyimiz, 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olan, uğurlu həkim, ədalətli hüquqşünas, bacarıqlı idmançı, Azərbaycanın azadlığı yolunda hərəkatçı, dovlətinin qurulması yolunda “müstəqillik aktı”-nı hazırlayan və onun qəbulunda iştirak etmiş istiqlalçı deputat, ərazi bütövlüyü yolunda doyüşçü, əqidə dönməzliyi səbəbindən məhbus, millətinin milli iradəsinin önündə gedərək hərəkat və partiya lideri, xalqının ehtimadını qazanaraq yenidən iki dəfə millət vəkili olmuş, ictimai-siyasi xadim Fərəc Quliyevdir.
Bütün silahdaşları və doğmaları adından bu mənalı həyatının daha bir ilinə qədəm qoyması münasibətiylə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevi təbrik edir və bütün iddia və niyyətlərinə çatmağı Tanrıdan diləyirik!



MİLLİ DİRÇƏLİŞ HƏRƏKATI PARTİYASI.