Milli Dirçəliş Hərəkatının yaradılması 2003-cü ildə formalaşdırılmış təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdür. 2005-ci il may ayının 7-də keçirilmiş təsis qurultayı ilə Milli Dirçəliş Hərəkatı fəaliyyətinə başlamışdır. 2011-ci il may ayının 31- də Milli Dirçəliş Harakatı partiya olaraq dövlət qeydiyyatına alınmışdır. MDHP Azarbaycanın varlığını, inkişaf və təhlükəsizliyini milli gücün tam olmasında görür. Azərbaycanda bütövləşmə prosesi öncə toplum içində düşüncə bütövləşməsindən keçir. MDHP qütblülük sistemindən bütövlük sisteminə keçərək, düşüncəmizin bütöv cəmiyyətdə hakim olmasına çalışır və ilk öncə ictimai legitimliyi qazanmağı əsas sayır. Bizim düşüncə sistemimiz Azərbaycan Mərkəzli Düşüncə Sistemidir. Türklük məhvəri ətrafında azərbaycanlılıq təfəkkürü sistemin təməli sayılır.
Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanın problemlərinə adekvat olaraq Departament institutları formalaşdırıb: 1. Güney Azərbaycan Departamenti, 2. Qərbi Azərbaycan Departamenti, 3. Borçalı Departamenti, 4. Dərbənd Departamenti, 5. Qarabağ Departamenti, 6. Bakı və Abşeron kəndləri Departamenti, 7. Diaspora Departamenti, 8. Türk Dünyası Departamenti