Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Dövlət marağı olan yerdə bütün maraqlar kənara qoyulmalıdır

Bu gün Qarabağ ərazisində aparılan antiterror tədbirlərini bütün dünya az qala sakit qarşılayır. Və susmaq da razılıq əlamətidir. Hesab edirəm ki, bir neçə dövlətdən başqa hər kəsə başa düşür ki, bu, Azərbaycanın daxili işidir. Azərbaycan əz ərazisində antiterror tədbirləri ilə separatizmə və terrora son qoyur. Bu, Azərbaycanın haqqıdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Partiya sədri qeyd edib ki, Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatlarına siyasi partiyalar dəstək bəyanatı qəbul ediblər.

Fərəc Quliyev AXCP, Müsavat Partiyası və REAL Partiyasının bəyanatı imzalamamalarına belə münassibət bildirib: "Bizim partiya da Bəyanatı imzalayıb. Amma təəssüf edirəm ki, bu dəfə də 3 partiya antimilli mövqedən çıxış edərək bu Bəyanata dəstək vermədilər, imzalamadılar. Burada siyasi partiya mövqeyindən, qrup marağından söhbət getmir. Bu, artıq vətəndaş mövqeyidir. Dövlət marağı olan yerdə bütün maraqlar kənara qoyulmalıdır. Belə ağır gündə, insanlarımız fədakarcasına şəhid olmağı gözə alıb döyüşlərə gedirlərsə, könüllü şəkildə hər kəs döyüşə qatılmaq istəyirsə, hər kəs əlini daşın altına qoymaq istəyirsə belə məqamda düşmən qarşısında rəzil gündə dayanmaq nə deməkdir?

Belə siyasi partiyaların Azərbaycanda yeri olmamalıdır, onların rəhbərləri nəhayət ki, cavab verməlidirlər. "Milli Şura"da təmsil olunmaqla başqa ölkələrin cibindən faydalanmaqla və bir tikə yala görə öz ölkəsini satmaqla məşğul olanların Azərbaycanda yeri olmamalıdır. Ar olsun belə təşkilatlara!"

Yaqut Ağaşahqızı, “İki sahil”