Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev Reportasiya və reinteqrasiya nazirliyi yaratma təklifini yenidən səsləndirdi

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edib. Dövlət başçısının da dediyi kimi, artıq Azərbaycanda məcburi köçkün yoxdur, keçmiş məcburi köçkün var. Keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdırlar. Bu baxımdan, hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə nə dərəcədə ehtiyac var? Ümumiyyətlə, komitənin fəaliyyət istiqamətləri və adı dəyişdirilməlidirmi?

TNS bu məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin fikirlərini öyrənib.

Fərəc Quliyev məcburi köçkün probleminin həllindən sonra məsələnin aktual olduğunu və vaxtilə də gündəmə gətirdiyini xatırladıb: “Azərbaycanın möhtəşəm qələbəsindən sonra artıq ölkəmizdə məcburi köçkün məsələsi həll olunub. Məlumdur ki, ərazilərimiz işğaldan azad olunduğu üçün onların yerləşdirilməsi prosesi başlayıb. Mən daha əvvəl - 44 günlük müharibədən sonra belə bir təkliflə çıxış etmişdim ki, ölkədə məcburu köçkünlərlə bağlı olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin funksiyası və adı dəyişdirilməlidir. Təklifim belə olmuşdu ki, Komitənin adı iki departamenti olan Reinteqrasiya və Reportasiya Nazirliyi olsun. Reportasiya departamenti Qərbi Azərbaycandan çıxarılmış insanlarımızın geri qayıtması ilə bağlı işlərlə məşğul olsun. Reinteqrasiya departamenti isə xüsusilə Qarabağ ərazisindən qovulmuş əhalimizin - türk kökənli azərbaycanlıların, eləcə də erməni kökənli azərbaycanlıların birlikdə yaşaması ilə bağlı işlər görsün. İnsanlarımız geri qaytarılsın. Təkcə Xankəndidən 11 min 500-dən çox soydaşımız qovulmuşdu. Mən bu təklifi mətbuatda səsləndirdim və bu təkliflə bağlı Prezident Aparatına da rəsmi şəkildə müraciət göndərmişəm”.

Fərəc Quliyev sonradan bu istiqamətdə müəyyən işlər görüldüyünü də bildirib: “Sonradan gördüm ki, məcburi köçkünlərlə bağlı komitədə Repartasiya departamenti yaradılıb. Bu, yəqin ki, Qərbi Azərbaycandan olan insanların köçürülməsi ilə bağlı fəaliyyət göstərəcək. Bu, çox ictimailəşmədi, çox az adam məlumatlı oldu. Məncə, əvvəlcə təklif etdiyim kimi, bütövlükdə artıq bu komitə Reinteqrasiya və Reportasiya Nazirliyinə və ya komitəsinə çevrilməlidir. Bu, artıq dövrün çağırışıdır. Məncə, işin bir hissəsi görülüb. Digər hissəsini də görməklə bu qurumda işləri aparmaq mümkündür. Komitə sədri Rövşən Rzayev çox bacarqılı insandır, yaxşı komandası var. Qurumda heç bir kadra dəymədən, işin hədəflərini dəyişməklə və köçkünlərimizin yeni yaranmış şəraitdə, yeni çağırışlara uyğun olaraq qaytarılması, yerləşdirilməsi, reinteqrasiya məsələsi ilə bağlı fəaliyyəti tənzimləmək mümkündür”.

Fərəc Quliyevin tns.az saytına verdiyi müsahibənin video linkini təqdim edirik:

tıklayın