Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Qərbin bölgəyə gəlişini yolverilməz adlandıran İran ABŞ, Fransa və Almaniyanın Ermənistandakı mövcudluğuna susur

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə söhbətində Ermənistanın silahlandırılması ilə bağlı narahatlığını ifadə edib. Dövlət başçısı bildirib ki, Qərbin Ermənistanı silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək.

Maraqlıdır, Ermənistanın silahlı forpost kimi formalaşdırılmasından region dövlətləri də narahat olmalıdırmı? Gələcəkdə Ermənistandan digər region dövlətlərinə qarşı da təzyiq məqsədi ilə istifadə oluna bilərmi?

Moderator.az-a açıqlama verən sabiq millət vəlili Fərəc Quliyev Ermənistanın sialhlandırılımasının bütün region üçün ciddi təhdid vəd etdiyini vurğulayıb:

“Şübhəsiz ki, Ermənistanın silahlandırılmasından bütün region dövlətləri narahat olmalıdır. Narahat olması gərəkən dövlətlərdən biri də İrandır.

Vətən müharibəsi dönəmində Azərbaycan beynəlxalq hüquqa istinadən sadəcə öz torpaqlarını azad edirdi. Lakin İran hansısa “qırmızı xətlər”dən danışır, kiminsə kiminsə torpağını ələ keirməsi ilə bağlı hay-küy salırdı. Azərbaycana böhtan atırdılar ki, guya Zəngilanda İsrailin dinləmə qurğusu və əsgərləri var idi. Azərbaycan Prezidenti isə sübut etdi ki, bura boş torpaqlardı və burada hər hansı dövlətin əsgəri yoxdur.

İran həmçinin bildirirdi ki, bölgəyə uzaq dövlətlərin gəlişinə qarşıdır və bunu yolverilməz hesab edir. Amma indi Fransa, Almaniya Ermənistandadır. Onların mülki missiya adı ilə bölgəyə gələn nümayəndələri hərbi missiya yerinə yetirirlər. ABŞ təlimatçıları da Ermənistandadır. Lakin iran səsini çıxarmır.

Tarixə nəzər salsaq görərik ki, Ermənistandan əvvəlki dönəmlərdə də region dövlətlrinə qarşı istifadə olunub. Məsələn, Birinci Dünya müharibəsində Qərb dövlətləri Ermənistanı Türkiyə iə müharibəyə sövq etdi. Tarix sanki təkrar olunur. Ermənistan Rusiyanın yaratdığı layihə dövlətdir və ondan indi də Qərb tərəfindən Rusiyaya qarşı istifadə edilir. Baş verən hadisələr nəticə etibarı ilə Rusiyaya qarşı planlaşdırılır.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yoxdur. Belə bir vəziyyətdə Ermənistanı silahlandırmaq tamamilə yanlışdır və bu, bütün region üçün ciddi təhlükə vəd edir. Buna görə də Azərbaycanla yanaşı qonşu dövlətlər, xüsusilə də İran buna öz etirazını bildirməlidir. Onlar anlamalıdırlar ki, Ermənistanın silahlandırılması regiona yaxşı heç nə vəd etmir və gələcəkdə hər bir region dövləti bunun fəsadları ilə üz-üzə qala bilər”.


Seymur ƏLİYEV/moderator.az