Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək.Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri Fərəc Quliyev məlumat verib.Sədr partiyanın hər zaman seçkilərində iştirakını məqbul sayır:"Namizədlərin iştirakı ilə bağlı partiyada hələ heç bir müzakirə aparılmayıb. Seçki elan olunandan sonra müzakirələr aparılacaq".Fərəc Quliyevin özünü seçkilərdə namizəd olub-olmamasına gəlincə, sədr bu barədə hələ qərar vermədiyini deyib:"Partiya seçkidə iştirak edəcək, amma mənim fərdi qaydada iştirak edib-etməməyim seçki elan ediləndən sonra aparılan müzakirələrdə bəlli olacaq".Bahar Rüstəmli/qaynarinfo.az