Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Əcnəbi sifarişini yeriən yteirən «dindarlar»

Əcnəbi sifarişini yeriən yteirən «dindarlar»

Fərəc Quliyev: “Dövlətin maraqlarını qorumaq üçün başqa dövlətlərin əlində maşa olan təşkilatlar ən sərt tədbirlərlə neytrallaşdırılmalıdır”

Elşən Manafov: “Onlar din pərdəsi altında bu və ya digər qurumların, Azərbaycanda marağı olan müxtəlif dövlətlərin burada siyasətini həyata keçirirlər”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov son günlər ilahiyyatçı Tale Bağırzadənin rəhbəri olduğu "Müsəlman Birliyi Hərəkatı” adlanan təşkilatın fəaliyyətində radikal islamçılıqla məşğul olması, dövlət və millət əleyhinə müxtəlif radikal çağırışlar etməsinə münasibət bildirib. Siyavuş Novruzov deyib ki, bəzi radikal dini təşkilatlar var ki, onlar dini fəaliyyət əvəzinə ayrı-ayrı dövlətlərin kəşfiyyat orqanlarına xidmət etməklə məşğul olurlar. Onun sözlərinə görə, həmin təşkilatlarda təmsil olunan insanlar da xarici xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirirlər.

Onu da qeyd edək ki, son zamanlar radikal dini cərəyanlar dünya miqyasında, xüsusən də ərəb dünyasında xeyli dərəcədə fəallaşıblar. Hətta onlar daha qəddar metodlardan istifadə etməklə öz çirkin məqsədlərinə nail olmağa çalışırlar. Din pərdəsi altında gizlənən belə qurumların əsas məqsədi nədir və onların zərərsizləşdirilməsi istiqamətində hansı addımlar atılmalıdır?

Millət vəkili Fərəc Quliyev din pərdəsi adı altında gizlənən qurumların zərərsizləşdirilməsi üçün bütün lazımı tədbirlərin görülməsini məqbul hesab etdi: "Azərbaycan inkişaf etmiş və mühüm geosiyasi məkanda olan dövlət olaraq bir çox xarici ölkələrin marağındadır. Qlobal böhran dönəmində yeni təmərkküzləşmə, yenidən təşkil üçün belə maraqlı bölgələrə diqqət daha da artır. Çalışırlar ki, belə bölgələr həmin dövlətlərin əsas aparıcı faktor kimi əllərində tutacaq olsun. Azərbaycanda və başqa ölkələrdə bütün dövlətlərin kəşfiyyat qruplarının olmasını təbii qarşılayıram. Amma məsələ burasındadır ki, Azərbaycanın öz resurslarından, insan amilindən istifadə edib, ölkəmizə qarşı iş görürlərsə, bu, artıq qəbulolunmazdır və təbii ki, Azərbaycan insanı ehtiyatlı olmalıdır.
Xüsusən din pərdəsi adı altında fəaliyyət göstərən qurumlar tərəfindən Azərbaycanın milli maraqlarına zərbə vurmaq layihələri ortalıqdadır. Onlar gizli şəkildə də qalmır, bəzi təriqətlər, radikal dini qruplaşmaların şüarlarında bu görünür. Hesab edirəm ki, bu kimi qrupların dinə heç bir aydiyyatı yoxdur. Onlar müəyyən dinlə, inamla məşğul olurlarsa, siyasətə qarışmalı deyillər. Onların zərərsizləşdirilməsi üçün isə dövlət tərəfindən tədbirlər görülməlidir və görülür. Bu istiqamətdə həyata keçirilən bütün tədbirləri məqbul sayıram. Hesab edirəm ki, dövlət maraqlarından üstün maraqlar yoxdur. Dövlətin maraqlarını qorumaq üçün başqa dövlətlərin əlində maşa olan təşkilatlar ən sərt tədbirlərlə neytrallaşdırılmalıdır. Elə məqamlar var ki, bu kimi qüvvələrə qarşı mübarizədə təbliğatı tədbirlərə zaman qalmır. Bir sıra məqamlarda müvafiq tədbirlər görülməlidir. Çünki ölkənin konkret mənafeyinə zərbə vurmaq anı yetişirsə, digər tədbirlər səfərbər olunmalıdır.
Eyni zamanda, mütəmadi olaraq da profilaktik tədbirlər görülməlidir. Xüsusən dinin əsl mahiyyətinin açılması, gerçək dindar insanların bu işi görmələrilə bağlı onlara meydan verilməsi, kütləvi informasiya vasitələrində xüsusi olaraq reklamının yayılması, məktəb və institutlarda bu işlərin aparılması vacibdir. Burada hər kəsin, xüsusən də ziyalıların üzərinə böyük iş düşür”.


Politoloq Elşən Manafov isə bildirir: "Azərbaycanda 1992-ci ildə ”Vicdan azadlığı haqqında” qanun qəbul olunub. Həmçinin, Konstitusiyanın müvafiq maddəsində vətəndaşların vicdan azadlığı gözlənilir. 2012-ci ildə sözügedən qanuna əlavələr edildi.
Məsələ ondadır ki, ölkəmizdə dini icmaların fəaliyyəti Dini İşlər üzrə Dövlət Komitəsinin xüsusi nəzarəti altındadır. Bu komitə ayrı-ayrı dini icmaların fəaliyyəti üçün müvafiq lisenziyalar verir, onların fəaliyyətinin qanunvericiliyə uyğun olub-olmaması ilə bağlı məsələləri araşdırır. Bu da anlaşılan məsələdir. Azərbaycan dünyəvi dövlətdir, burada din dövlətdən ayrıdır. Bu baxımdan dinin siyasət və dövlət işlərinə müdaxiləsi qanunvericiliklə yolverilməzdir. Zaman-zaman Azərbaycanda ayrı-ayrı dini icmalar, hətta bir sıra siyasi partiyalar belə İslama siyasi rəng, siyasi palitra vermək cəhdlərində bulunub. Bu da təbii ki, həmin icmaların, təşkilatların konkret dinlə bağlı maraqlarından irəli gəlmir. Onlar din pərdəsi altında bu və ya digər qurumların, Azərbaycanda marağı olan müxtəlif dövlətlərin burada siyasətini həyata keçirirlər. Məqsəd dini zəmində vətəndaş qarşıdurması yaratmaqdır. Güman edirəm ki, Azərbaycandakı mövcud durum belə bir qarşıdurmanın perspektivdə yarana biləcəyini söyləməyə bizə əsas vermir.
Azərbaycan kifayət qədər tolerant ölkədir. Azərbaycan İslam ölkələrinin paytaxtı élan olunub. İslam ölkələrinin mədəniyyət simpoziumları burada keçirilib. İki il sonra burada İslam ölkələrinin Olimpiya oyunlarının keçirilməsi nəzərdə tutulub. Amma bununla belə Azərbaycanın geosiyasi məkanı və mövqeyi, Qərblə Rusiya arasındakı mövqelərdə getdikcə kəskinləşən amil öıləmizə olan marağı artırır. Azərbaycan nəqliyyat dəhlizinin, böyük İpək yolunun üstündədir. Ona görə ölkəmizdə bu səpkili dini icmaların dinə siyasi rəng verərək, müəyyən korrporativ maraqlar naminə belə amillərdən istifadə etmələri arzuolunmazdır. Güman edirəm ki, ölkəmizdə vəziyyət ciddi nəzarət altındadır”.


Rüfət NADİROĞLU