Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik MDHP

Gənclər Milli Dirçəliş Hərəkatı Partiyasında

Gənclər Milli Dirçəliş Hərəkatı Partiyasında
Milli Dirçəliş Hərəkatı Partiyasına gənclərin qəbulu davam edir. Dünən 16 aprel 2013-cü il tarixdə Partiyaya yeni daxil olan bir qrup gənclə MDHP sədri, millət vəkili Fərəc Quliyevin görüşü oldu. Görüşdə MDHP-nin Xəzər rayon təşkilatının və MDHP Qərbi Azərbaycan departamenti gənclər qolunun üzvləri iştirak edirdilər.
Gənclər Milli Dirçəliş Hərəkatı Partiyasında
Olimpiya çempionu Ramin İbrahimovun, ikiqat dünya çempionu Tural Rəsulzadənin, Dünya və Asiya gümüş mükafatçısı Murad Muradovun gələcək fəaliyyətlə bağlı maraqlı çıxışları, təklifləri oldu.
Görüşdə MDHP Qərbi Azərbaycan departamenti məclisinin sədri Əli Rzayev, MDHP Qərbi Azərbaycan departamentinin sədri, MDHP sədr müavini Arif Abbasov, Güney Azərbaycan departamentinin sədri Əlirza Amanbəyli, MDHP sədrinin I müavini Bayram Abbasov gənclərə tövsiyyələrini verdilər.

MDHP Mətbuat Xidməti