Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

ATƏT öz mövqeyini Azərbaycana diqtə etmək istəyir -Millət vəkili

ATƏT öz mövqeyini Azərbaycana diqtə etmək istəyir -Millət vəkili

“Rəsmi Bakı bu günə qədər ölkəmizdə keçirilən seçkilərdə müşahidə aparmaq istəyən qurumlara mane olmayıb”

Bunu Hafta.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev deyib. Millət vəkilinin sözlərinə görə, son zamanlar bir sıra qurumlar ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir:

“Əgər ATƏT ölkəmizdə keçiriləcək seçkiləri müşahidə etmək istəmirdisə əvvəldən bunu bildirməliydi. Onların seçkiləri izləmək üçün göndərmək istədiyi şəxslər dəfələrlə Azərbaycanda olub və seçkilərlə bağlı mənfi rəy bildiriblər. Onlar Azərbaycana gələn zaman seçkidən sonra verəcəkləri bəyanatı da özləri ilə hazır gətirirlər. Bu da onu göstərir ki, qurum ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir.Son zamanlar bir sıra qurumlar ölkəmizə qarşı qərəzli mövqe sərgiləməkdədir. ATƏT seçkilərə göndərdiyi nümayəndələrin sayını özü müəyyən edir. Bu doğru deyil, Azərbaycanla razılaşma olmalı idi. Qurum öz mövqeyini Azərbaycana diqtə etmək istəyir. Ölkəmiz istənilən təşkilatdan olan müşahidəçiləri hər zaman yaxşı qarşılayıb, demokratik seçki keçirmək iradəsini nümayiş etdirib. ATƏT-in Azərbaycandakı seçkilərlə bağlı xüsusi planı, qərəzli mövqeyi qabaqcadn hiss olunur. Buna sübut kimi onlar xüsusi şəxsləri əvvəldən müəyyən edib Azərbaycana göndərmək istəmələridir”.



Xəyal Əzizov, Hafta.az