Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyevdən Türkiyə ilə bağlı açıqlamalar (video)

Fərəc Quliyevdən Türkiyə ilə bağlı açıqlamalar (video)

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev İctimai Televiziyanın Ortaq Məxrəc verilişində Türkiyədə baş verən siyasi prosesləri şərh edib. Həmişə milli mövqeyi ilə seçilən MDHP lideri hadisələrin milli aspektdən açılımlarından danışıb və bir çox gizli məqamlara aydınlıq gətirib. Yaranmış gərginliyə səbəb olmuş və çoxlarının deyə bilmədiyi faktları sadalayan Fərəc Quliyev problemin çözülməsi yollarından da danışıb.
Millət vəkili dəfələrlə səsləndirdiyi və Milli Məclisdə də irəli sürdüyü terrora qarşı Azərbaycan-Türkiyə hərbi birliyinin yaranmasının tezləşdirilməsinin vacibliyindən də danışıb.
Verilişdə, Fərəc Quliyevlə Türkiyə Böyük Millət Məclisinin MHP-li üzvü Mustafa Kabakçı arasında telefon vasitəsiylə debat da yaradılıb.

Fərəc Quliyevin həmin verilişdəki yuxarıda sadalanan məqamlara aydınlıq gətirən çıxışının videosunu təqdim edirik: