Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: AXCP funksionerinin İŞİD-ə dəstək göstərməsi bunların iç üzünü ortaya qoyur

Fərəc Quliyev: AXCP funksionerinin İŞİD-ə dəstək göstərməsi bunların iç üzünü ortaya qoyur

“AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovun “facebook”da İŞİD-ə dəstək statusu yazması bu adamların əsl iç üzünü açıb ortaya qoyur”. Bunu Trend-ə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

F.Quliyev bildirib ki, əgər bunların içərisindən belə bir istəklər keçirsə, bu artıq onların mahiyyətidir: "Hesab edirəm ki, Azərbaycan cəmiyyəti belə insanları qəbul etmir və onları siyasi palitradan kifayət qədər sıxışdırıb bir kənara qoyub.”

F.Quliyev bildirib ki, AXCP adlı qurumda xalq cəbhəsi hərəkatından adın bir hissəsini oğurlamaqdan başqa heç nə qalmayıb: “Mən o təşkilatı təsis edən 64 nəfərdən biriyəm. Amma indi AXCP-də bir nəfər də təsisçi yoxdur, belə ünsürlər orada yığılıblarsa, bu, onların mahiyyətidir”.

O qeyd edib ki, AXCP Milli Şurada təmsil olunmaqla sübut etdi ki, xöşbəxtliklərini başqa dövlətlərin Azərbaycandakı maraqları çərçivəsində axtarırlar: “Hər kəsin şəxsi və qrup maraqları ola bilər. Ancaq dövlət maraqları bunlardan öndə olmalıdır. Bu təşkilatın və liderinin mahiyyəti Azərbaycan əleyhinə iş aparılanda sevinib əl çalmaqdır. Bu cür hallar ictimaiyyət tərəfindən qınanmalıdır".