Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Bu imperiyanın rəngi nə qədər dəyişsə, onun başına hansı siyasi qüvvə gəlsə də, imperalist niyyətindən əl çəkməyib”

Fərəc Quliyev: “Bu imperiyanın rəngi nə qədər dəyişsə, onun başına hansı siyasi qüvvə gəlsə də, imperalist niyyətindən əl çəkməyib”

PUTINİN SSRİ-NI BƏRPA ETMƏK PLANİ IŞƏ DÜŞÜR – “VƏTƏNƏ XƏYANƏT”IN ŞƏRHİ.

Rusiyanın Baş Prokurorluğu Dövlət Dumasının hakim “Vahid Rusiya” fraksiyasından olan üzvlərinin SSRİ Dövlət Şurasının Baltikyanı respublikaların müstəqilliyinin tanınmasına dair qərarının “vətənə xəyanət” kimi qiymətləndirilməsinə dair müraciəti əsasında araşdırma başladıb. “Bu qərar SSRİ-nin strateji əhəmiyyətli ərazisinin ondan ayrılmasına, dəniz limanlarının və akvatoriyasının itirilməsinə, ölkənin vahid müdafiə məkanının dağıdılmasına, Baltikyanı respublikalarla iqtisadi əlaqələrin pozulmasına səbəb olub”-deyə müraciətdə bildirilir. Rusiyada belə bir qərarın ortaya çıxması SSRİ-nin geri qayıdışına cəhd deyilmi?

Millət vəkili Fərəc Quliyev bildirdi ki, Rusiya müxtəlif formalarda revanş etməyə çalışır: “Avrasiya İttifaqı, ondan əvvəl ölü doğulmuş uşaq olan MDB-nin yaradılması, istərsə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı olsun, bütün bu məqamlarda Moskva SSRİ-nin bərpası ilə bağlı xülyalarda olub. Ümumiyyətlə rus şovinizmin əsas silahı çəkmələrini dünya okeanlarında yumaq olub. Bu imperiyanın rəngi nə qədər dəyişsə, onun başına hansı siyasi qüvvə gəlsə də, imperalist niyyətlərindən əl çəkməyiblər. Baş Prokurorluğun qarşısında qaldırılan məsələ də buna xidmət edir. Onlar ən azından rus şüurunda böyük rusiyalı fenomeni yaratmaq və hədəf vermək istəyir. Lakin dünya dəyişib, Rusityanın hazırkı sərhədlər daxilində qalması belə mümkün deyil. Yaxın zamanlarda Rusiya özü də bölünməyə məhkumdur. Bunu böyük güclər də bilir. Sadəcə o modeli axtarırlar ki, bu çöküntünün altında kiçik xalqlar qalıb əzilməsin. Rusiyada atılan bu addım sivil cəmiyyətə də bir mesajdır ki, baxın Rusiyanı tanıyın, onu islah olunmuş dövlət kimi tanımağa çalışmağa ehtiyac yoxdur, Moskva mütəmadi olaraq təhdidedici, pozucu və revanş imkanları axtaran imperalist siyasətsdən əl çəkməyib”.

ELÇİN1