Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: -Müharibə şəraitində olan ölkənin televiziya kanalları buna adekvat proqramlar yayımlamırlar.

Fərəc Quliyev: -Müharibə şəraitində olan ölkənin televiziya kanalları buna adekvat proqramlar yayımlamırlar.

Televiziyaların yayım siyasəti zaman-zaman tənqidlərin hədəfinə çevrilir. Cəmiyyətin ziyalı təbəqəsi yerli telekanallara baxmaqdan demək olar ki, imtina edir. İctimai xadimlərdən, hökumət rəsmilərinə qədər hər kəs yerli televiziya kanallarının fəaliyyətindən narazıdır.

Bəs, görəsən bu durumun səbəbi nədir? İctimai xadimlər, siyasilər yerli telekanallarda hansı verilişləri izləyirlər? Onları telekanalların yayım siyasətindən narazı salan hansı məqamlar var?

Bu sualla Milli Dirçəliş Hərəkat partiyasının sədri, millət vəkili Fərəc Quliyevə müraciət etdik:

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, daha çox analitik proqramları izləməyə üstünlük verir: “Ümumiyyətlə, siyasi xarakterli verilişləri izləməyə üstünlük verirəm. Türkiyə telekanallarını və digər xarici kanalları da izləyirəm. Onu da deyim ki, yerli televiziyaların proqram siyasətində ciddi boşluqlar var. Müharibə şəraitində olan ölkənin televiziya kanalları buna adekvat proqramlar yayımlamırlar. Əsasən Qarabağla, şəhidlərlə, qazilərlə bağlı verilişlərə üstünlük verilməlidir. Bütün telekanallar bunu bir nömrəli məsələ kimi ortaya qoymalı və göstərməlidirlər. Hazırda əyləncəli proqramlar daha çoxdur. Düzdür, biz həmin proqramları izləmirik. Ancaq gənc nəsil daha çox maraq göstərir. Hesab edirəm ki, bu, zərərli tendensiyadır və bunu vətənpərvər verilişlərlə əvəz etmək lazımdır. Bir məsələni də qeyd etmək istəyirəm ki, televiziya dil baxımından örnək olmalıdırlar. Ancaq çox təəssüf ki, aparıcıların əksəriyyəti ləhcə ilə danışır, dil normalarını pozurlar, Bəzən elə fikirlər səsləndirirlər ki, cəmiyyətdə qıcıq yaradır. Bunlar aradan qaldırılmalıdır”.