Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev Türkiyə Cümhuriyyətinə başsağlığı verdi

Fərəc Quliyev Türkiyə Cümhuriyyətinə başsağlığı verdi

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Süleymən Demirelin vəfatıyla bağlı Türkiyə xalqına başsağlığı verib. Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinə ünvanlanan başsağlığında deyilir:
"Türkiyə Cümhuriyyətinin ictimai-siyasi xadimi, böyük dövlət adamı Süleyman Demirelin dünyasını dəyişməsi bizləri çox sarsıtdı. Süleyman Demirelin vəfatı bütün Türk millətinin itgisidir. Çünki, dönəminin siyasi nəhənglərindən hesab olunan Süleyman Demirel öz potensialını Türk millətinin yüksəlişinə həsr etmişdir.
Bu itgiylə bağlı şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası adından Türkiyə xalqına və Türk millətinə başsağlığı verir, Allahdan bu tarixi şəxsiyyətə rəhmət diləyirik!

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri,
millət vəkili Fərəc Quliyev"