Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: Xaricilər ermənilərin uydurduqlarının mif olduğunu anlayacaqlar

Fərəc Quliyev: Xaricilər ermənilərin uydurduqlarının mif olduğunu anlayacaqlar

Ermənilər uzun illərdir ki, dünya mediasında, keçirilən müxtəlif tədbirlərdə özləri haqda mifik obraz formalaşdırmağa çalışıblar. Onlar həmçinin, yaxın qonşuları, xüsusən də türkdilli xalqlar barədə də dünyaya kifayət qədər yalan məlumatlar təqdim ediblər. Qondarma «erməni soyqırımı», Azərbaycan ərazilərinin işğal olunması və digər məqamları buan misal götərmək olar. Düzdür, Azərbaycan və Türkiyənin diplomatik fəaliyyəti erməni yalanlarının ifşa edilməsində mühüm rol oynayıb. Amma müəyyən maraqlı dairələr, o cümlədən də erməni lobbisi hələ də dünya ictimaiyyətinə yalan üzərində qurulan miflər sırımığa çalışmaqdadır.

Bu yalanlar yenə ifşa edilməkdədir və erməni miflərinin darmadağın edilməsində Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları da heç şübhəsiz, mühüm rol oynayacaq. Millət vəkili Elman Məmmədov da bildirdi ki, Avropa Oyunları erməni mifinin şər və böhtan olduğunu tam aydınlığı ilə üzə çıxaracaq: "Erməni millətinin özünün yaranma tarixi belə uydurmalardan, miflərdən ibarətdir. Bütün erməni tarixi saxtakarlıq, uydurma üzərində qurulub. Onu da qeyd edim ki, ermənilərin özlərindən daha çox, onlara havadarlıq edənlər erməni mifi yaradır. Onlar erməni məzlumluğu, erməni əzabkeşliyi kimi miflər formalaşdırıblar. Bunu da elə-belə bilmədən deyil, məqsədli şəkildə edirlər. Xaricdəki bəzi dairələr ermənilərdən öz maraqları naminə müxtəlif məqsədlər üçün istifadə etmək niyyətilə belə miflər formalaşdırırlar. Bakıda keçiriləcək I Avropa Oyunları ölkəmiz haqqında dünyada geniş təəssürat yaradacaq. Belə bir atalar sözü var, "bəy dediyin nədir, bəyənmədiyin nədir”. Yəni bu gün işğalçıya havadarlıq edib Azərbaycan üzərinə müxtəlif istiqamətlərdən, müxtəlif məqsədlərlə cürbəcür hücumlar təşkil edən, yersiz təpki və tənqidlər həyata keçirən Avropadan soruşmaq lazımdır ki, Azərbaycanı bəyənmirsənsə, niyə ilk Avropa Oyunlarını ölkəmiz keçirir? Özü də Azərbaycan sübut edəcək ki, bu yarışları Avropanın ən irəlidə gedən, inkişaf etmiş dövlətindən də daha yüksək səviyyədə keçirəcəkdir. Ermənilərin uzun illər boyu Azərbaycan, onun xalqı və dövlətimiz haqqında yaratdığı xoşagəlməz fikirləri bu Oyunlar sözün həqiqi mənasında, darmadağın edəcək. Azərbaycan bu yarışla özünü təkcə idman sahəsində deyil, mədəniyyət, incəsənət, xalqlar arasında olan münasibətlər, tolerantlıq istiqamətində, mədəniyyət və dinlərarası münasibətlərdə, iqtisadi sahədə qazandığı inkişafa görə, yəni, bütün sahələr üzrə sübut edəcək ki, Avropa dəyərlərindən də üstün dəyərlərə malik bir dövlətdir və bu istiqamətdə doğru yoldayıq. Ermənilər və onlara havadarlıq edənlərin yaratdıqları miflərin hamısı qara piar, şər və böhtandan başqa bir şey deyil”.

Millət vəkili Fərəc Quliyev da qeyd etdi ki, Avropa Oyunları ermənilərin bu günə qədər yaratdığı mifə güclü zərbə vuracaq: "Azərbaycanda baş tutacaq Avropa Oyunları dövründə ölkəmizə yüzlərlə jurnalist, 50 ölkədən televiziya kanalı gələcək. Bundan başqa, 6 min idmançı da həmin müddətdə yarışlarda iştirak edəcək. Hansı ki, onların hamısı həm də informasiya daşıyandırlar. Bu əsasda da ölkəmizdə olan gerçəklikləri kənara çıxaracaqlar. Ölkəmiz barədə bu əsasda geniş informasiya yayacaqlar. Bizi sevən, sevməyən də olsa, mövcud həqiqətləri xaricə daşıyacaq və beləliklə, real mənzərə kənarda da görünəcək. Hesab edirəm ki, ölkəmizə gələn adamlar buradakı gerçək vəziyyəti dünyaya daşımaqla, ermənilərin bu günə qədər istifadə etdiyi və ölkəmiz haqqında həqiqətə uyğun olmayan informasiyaların mif olduğunu əyani olaraq görəcəklər. Ona görə də yaranmış bu fürsətdən ermənilərin iç üzünün açılması, onların ifşa olunması üçün səmərəli istifadə etməliyik. Bütün hallarda heç bir iş görməsək belə, xaricilər özləri maraq dairəsi fonunda Azərbaycandakı real gerçəkliyi görüb, ermənilərin uydurduqlarının mif olduğunu anlayacaqlar. Ölkəmizə bu ərəfədə erməni lobbisinin təsiri altında olan jurnalistlər də gələ bilər. Onlar da gerçəkliyi görüb, erməni lobbisinin onları aldatdığının şahidi olacaq. Bu mənada Avropa Oyunları ermənilərin təşkil etdiyi yalan kampaniyasını, uydurduqları mifi darmadağın edəcək”.


Rüfət NADİROĞLU