Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc bəyin 04 mart 2012-ci ildə Milli Məclisdəki ÇIXIŞIı

Fərəc bəyin 04 mart 2012-ci ildə Milli Məclisdəki ÇIXIŞIı


“Hörmətli Millət Vəkilləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin məruzəsində mühüm məsələlər yer alıb.Hesab edirəm ki, bundan sanrakı fəaliyyətində aşağıdakılar da öz əksini tapmalıdır. Məruzədə qeyd olunub ki, ədalətli mühakiməni və pozulmuş hüquqların ən təsirli üsullarla bərpasını təmin edən prosessual vasitələrin məcmusu olmadan ədalət mühakiməsi hüququndan yetərincə istifadə etmək mümkün deyildir.

1. Məhkəmə orqanlarının özbaşınalığı və ya müvafiq orqanların hərəkətsizliyi nəticəsində hüququ pozulmuş şəxslərin bəraət və təzminat çərçivəsi və səhv hərəkətlilik yaxud hərəkətsizlik nəticəsində hüquq pozuntusu yaradanın cəzalandırılması çərçivəsi hazırlanmalıdır. Gecikmiş ədalət ədalətsizlikdir. Məhkəmələr tərəfindən günahsız adamların cəzalandırılması aydınlaşdırılarkən , bu hakimlər cəzalandırılmalı və cəza almış adamların dövlət tərəfindən təzminat təminatını nəzərdə tutan təklif paketi hazırlanmalıdır.

2.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyi institutu tərəfindən mövcud hüquq- müdafiə vasitələrini tamamlayan orqan kimi cəza çəkmə müəssisələrində insanları cəzalandırmaqdan daha çox tərbiyə etmək və millətin faydalı üzvünə çevirmək mexanizmini özundə ehtiva edən məhbəs daxili və həbsdən sonrakı reablitasia proqramının hazırlanması vacibdir.

3. Milli Preventiv mexanizmin funksiyalarının icrası ilə bağlı vacib olan bir məsələ həyata keçirməlidir. Hec kimə sirr deyil ki, bu gün psixatirik xəstələrə münasibət və onların şəraiti münasib vəziyətdə deyil. Psixatriya xəstəxanalarındakı vəziyyəti kökündən dəyişmək lazımdır.Onların yeni şəraitdə qurulması və buradakı xəstələri diaqnozlara uyğun olaraq bir yerdə saxlanmasını təmin etmək baxımından ekspert-həkimlərlə xüsusi proqram hazırlamaq lazımdır.

Müvəkkilin fəaliyət istiqamətlərində qeyd olunur ki, xüsusi ictimayi əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiyə etmək qabiliyəti olmayan şəxslərin maraqlarına toxunulduğu halda müvəkkil öz təşəbbüsü ilə araşdırma apara bilər. Onun təsir imkanı çatmadıqda Prezidentə və Milli Məclisə müraciət edə bilər. Bu müddəa həm yuxarıda göstərilənlər üçün , həm də aşağıda göstərəcəyim məsələlərdə baza prinsipi ola bilər.

4.Ombusmanın fəaliyətinə Azərbaycan Respublikasının təraftar çıxdığı beynəlxalq müqavilələr də davranış şəraiti yaradır. Burada iki məsələni xüsusi qeyd etmək istəyirəm. 1.Ramil Səfərovun müdafiəsinin fəal təşkili. 2.Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqlarının beynəlxalq səviyədə müdafiəsi ilə bağlı:.- Avropa İnsan Haqları Məhkəməsində məcburi köçkünlərin mülki tələbləri ilə bağlı iddiaların qaldırılmasına yardım.

- Qərbi Azərbaycandan Məcburi köçürülənlərin siyasi tələbləri ilə bağlı yardım.

- Qərbi Azərbaycandan Məcburi köçürülənlərə qarşı cinayət əməllərinin beynəlxalq məhkəmələrdə araştırılmasına yardım.

- Köçkünlərin Qərbi Azərbaycanda qalan mal və mülklərinin siyahılaşdırılması və müvafiq beynəlxalq instansiyalar qarşısında təzminat davası açılmasına yardım etmək və bütün bu işləri mərkəzləşdirmək.

5.Azərbaycan Respublikası İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyət Planında aşağıdakılarda nəzərdə tutulmalıdır:

- Azərbaycandan beyin axınının səbəbini aradan qaldırmaq üçün ziyalı potensiyalının hüquqlarının qorunması və ziyalı axını zamanı xaricdə toplaşmış intellekt potensialımızın kadr bangının hazırlanması və onların vətənə qayıtması proqramını müvafiq orqanlara tövsiyyə edəcək sənədləri hazırlamaqla ziyalı hüquqlarını müdafiə etmək.

6. Azərbaycan işçisinin hüquqlarının məhdudlaşdırılmaması üçün əsasən karbohidrogen ehtiyatlarının istehsalı, ixracatı ilə məşğul olan xarici şirkətlərlə hər hansı müqavilə bağlanarkən işçi olaraq Azərbaycan vətəndaşının işlə təmin olunmasını önə çəkməli maaşla təminatda əcnəbi vətəndaşdan aşağı maaş verilməməsi şərt olması nəzərə alınmalıdır.

7. Ərzaq səbətinin bahalaşmasının səbəbi olaraq inhisarçılığın rolunu , korubsiyanın rolunu elmi cəhətdən təhlil edib, qarşısını almaq yollarını araşdırmaq üçün təkliflər hazırlamaq və ya mövcud təklifləri tədbir halına keçməsini müvafiq orqanlar qarşısında qaldırmalı və hesabat istəməli.

8. İran adlanan dövlətdə təziqlərə məruz qalmış soydaşlarımızın haqqında xüsusi hesabat hazırlamalı, təqiblər nəticəsində Respublikamıza gəlmiş soydaşlarımıza siyasi sığınacaq verilməsinə kömək etməli.

9. İnsan Hüquq və azadlıqları ilə bağlı maarifləndirmə işi televizyalarda şoularla müqaisədə cüzi yerə malikdir.Həm televizyalarda maarifləndirməyə önəm verilməli, digər kütləvi informasiya vasitələrində də daimi reklam səhifəsi almaqla həm bu sahəni təşviq etmək, həm də KİV-ə dəstək vermək olar.

Deyilən təkliflərlə bağlı müvafiq dövlət orqanlarına, təşkilatlara ekspert rəyinin hazırlanmasını tapşırmaq olar.”