Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: -Şübhəsiz, yarışmalarda iştirak edəcəyik və idmançılarımıza dəstək olacağıq.

Fərəc Quliyev: -Şübhəsiz, yarışmalarda iştirak edəcəyik və idmançılarımıza dəstək olacağıq.

Növbəti ay ölkəmiz üçün əlamətdar hadisə olacaq. İyun ayında uzun müddətdir hər kəsin səbrsizliklə gözlədiyi «Bakı- 2015» İlk Avropa Oyunlarına start veriləcək. Məlum olduğu kimi, Oyunlarda 50 ölkədən 30 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq. Yarışı izləmək üçün əcnəbi ölkələrdə yaşayanlar ölkəmizə gələcək.
Qeyd edək ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Birinci Avropa Oyunları-2015-in biletləri artıq satışdadır.
Yaşlılar üçün biletlərin qiyməti 2-5 manatdır.
Qiymətlər yarışın mərhələsi, keçirilmə yeri və tamaşaçı yerinin kateqoriyasından asılıdır.
Uşaqlar və 16 yaşdan kiçik yeniyetmələr üçün giriş sərbəst olacaq. Lakin bu zaman onların yanında yaşı 18-dən çox, üzərində şəxsiyyət vəsiqəsi və bileti olan şəxsin olması lazımdır.
Yeganə istisna Heydər Əliyev adına İdman-konsert kompleksi və Milli Gimnastika Arenasındakı yarışlar olacaq - 16 yaşı tamam olmayanlar biletə görə 1 manat ödəyəcək.
Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasiminə isə 10 manat təşkil edir.
Maraqlıdır, tanınmış ictimai-siyasi xadimlər yarışları izləmək üçün bilet alacaqlarmı?


Millət vəkili Fərəc Quliyev paytaxt Bakıda keçiriləcək yarışı canlı şəkildə izləyəcəyini dilə gətirdi: «Nəzərinizə çatdırım ki, mən idmanı çox sevirəm və böyük zövqlə həmin yarışları izləyəcəm. Dövlətini, vətənini, millətini sevən bütün vətəndaşlar kimi, biz də Avropa Oyunlarının başlamasını səbrsizliklə gözləyirik. Heç şübhəsiz, yarışmalarda iştirak edəcəyik. Azərbaycanımıza və onun idmançılarına dəstək olacağıq».

Günel CƏLİLOVA