Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: Ermənilərin Bakıda təxribat törətməsi qeyri-mümkündür

Fərəc Quliyev: Ermənilərin Bakıda təxribat törətməsi qeyri-mümkündür

“Azərbaycanın kifayət qədər güclü hüquq mühafizə orqanları var. Belə olan təqdirdə I Avropa Olimpiya Oyunları ilə bağlı Bakıya gəlməsi nəzərdə tutulan ermənilərdən hər hansısa təxribat xarakterli addım gözləmək düzgün deyil”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə həm Milli Təhlükəsizlik Nazirliyinin, həm də Daxili İşlər Nazirliyinin gücü ermənilərə çox yaxşı bəllidir: “Buna görə də, mən düşünmürəm ki, Olimpiya Oyunları ilə bağlı Bakıya gələcək ermənilər hər hansısa qeyri-qanuni addım atsınlar, yaxud da təxribat törətsinlər. Ermənistan kimi cılız bir dövlətin nə kəşfiyyat sistemi, nə də terrorçu təşkilatları Azərbaycanı təhdid edə bilməz. Bu dövlət məhz arxasında dayanan qüvvələr hesabına nələrəsə nail olamağa çalışır. Əks təqdirdə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini çoxdan həll etmiş olardı. Buna baxmayaraq, tam əminliklə deyə bilərəm ki, çox qısa zaman ərzində bu münaqişəyə də son qoyulacaq və Azərbaycan öz əzəli torpaqlarını azad edəcək”.

Eltun