Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc bəyin 15 aprel 2011-ci ildə Milli Məclisdəki ÇIXIŞIı

Fərəc bəyin 15 aprel 2011-ci ildə Milli Məclisdəki ÇIXIŞIı


Hörmətli millət vəkilləri, müraciətimə səbəb Hillari Klintonun son bəyənatıdır. İllik ABŞ-İslam Dünya formunda Ərəb və Amerikalı siyasətçilərlə danışan ABŞ dövlət katibi Hillari Klinton deyir ki, Yaxın Şərq xalqları əsl siyasi və iqtisadi islahatlar aparacaqmı və ya “Ərəb yazı” –nın da nəticə etibarilə vacib dəyişikliklərin həyata keçmədiyi ilğımmı olacaq, bu hələ aydın deyil. “Ərəb yazı” projesini inqilab adı ilə Yaxın Şərqdə eksperiment edib, sonucu taleyin hökmünə buraxılan Ərəblərin taleyini biz yaşamamalıyıq. Üstəlik ərəblər bizdən fərqli olaraq başqa dövlətlə müharibə vəziyyətində deyildi. Buna baxmayaraq bu bölgədə böyük bir xaos yaşanır, hələ bu aysberqin görünən üzüdür. Bu acı təcrübədən nəticə çıxararaq Azərbaycan öz taleyini özü müəyyənləşdirməlidir. Heç bir legitimliyi olmayan və legitim orqanları tanımayan birliklə - İctimai Palata ilə ölkəmizin taleyini müzakirə edən əcnəbi beynəlxalq təşkilat və bəzi dövlətlərin diplomatik korpus təmsilçiləri xalqdan qapalı danışıqlar aparır. Əgər bu danışıqlar Azərbaycanın lehinədirsə həmin sövdələşmə tərəflərə xalqın rəğbətini artırar. Görəsən bu rəğbətdən niyə imtina olunur? Rəğbətdən imtina olunmaz. Deməli yaxşı heçnə danışılmır. Üstəlik parlamentdə təmsil olunan partiyalarla və millətçi kəsimin təmsilçiləri ilə danışmayıb, yalnız xüsusi bir qurupla danışmaq hər iki tərəf haqda şübhələr yaradır. 2005-ci ildə də oxşar danışıqlar getdi. Və günün birində “Qələbə” meydanında, son mitinqdə narıncı köynəkli liderlərdən biri elan etdi: “Qərb bizi aldatdı!” Məncə ölkəmizin taleyini, milli maraqları əsas götürən, siyasi dünyagörüşündən aslı olmayaraq Azərbaycanın ictimai-siyasi təşkilatları özləri müzakirə etməlidirlər. Klintonun “Ərəb Yazı” etirafı ərəfəsində ölkəmizdəki bir qrup diplomatik nümayəndənin qeyri-şəffaf fəal davranışı, dövlət maraqlarımızın qorunması üçün parlamentdən adekvat davranış tələb edir. Azərbaycanda oxşar eksperiment cəhdinin olub-olmamasını araşdırmaq üçün parlament komissiyasının yaradılmasını və bu komissiyaya ekspertlərin daxil edilməsini tələb edirəm. Milli maraqlarımıza zərbə vuran əcnəbilər müəyyənləşərsə onların “persona non-qrata” elan olunması vacibdir. Diqqətinizə görə təşəkkür edirəm.