Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Millət vəkili: -ABŞ müttəfiqlərini zəif salmaq üçün addımlar atır.

Millət vəkili: -ABŞ müttəfiqlərini zəif salmaq üçün addımlar atır.

"Arzu edirik ki, ABŞ daha açıq mövqedən çıxış edərək, Dağlıq Qarabağla bağlı açıq mövqedən çıxış etsin"

"Biz ABŞ ilə strateji əməkdaşıq. Buna görə də, Amerikanın bu addımını təqdir etməliyik. Amerika bilir ki, Ermənistan Rusiyanın yanındadır. Amma Azərbaycan fərqli bir mövqedə dayanan bir ölkədir. Həm də Ermənistandan fərqli olaraq dini, irqi ayrı-seçicilik etməyən bir ölkədir".

Bu sözləri Ölkə.Az-a danışan millət vəkili Fərəc Quliyev deyib.

"Bölgədə və Cənubi Qafqazda təhlükəsizliyin aradan qaldırılması birbaşa Ermənistana bağlıdır. Belə vəiyyətdə artıq göründüyü qədər Rusiyanın həm özünə sanksiyalar tətbiq edəndən sonra, həm də müttəfiqlərini zəif salmaqla ABŞ addımlar atır. Bu isə tərəfimizdən təqdir olunur".

Millət vəkili ABŞ Dağlıq Qarabağla bağlı mövqeyindən də danışıb.

"Arzu edirik ki, ABŞ daha açıq mövqedən çıxış edərək, Dağlıq Qarabağla bağlı ortaya mövqe qoysun. Ermənistanın işğal etdiyi ərazilərdən geri çəkilməsi üçün onlara sanksiyalar tətbiq etsin. Necə ki, bunu Ukraynanı işğal etdiyinə görə, Rusiyaya tətbiq edirlər.

Biz bunu ilkin addım kimi qiymətləndiririk və ümid edirik ki, hər şey bu şəkildə də davam edəcək.

Qeyd edək ki, ABŞ hökuməti Ermənistanda həyata keçirdiyi bir çox proqramların maliyyələşdirilməsini dayandırıb.

Fatimə İbrahimova