Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: -Parlamentdə acıq qapı siyasətini isə qətiyyən qəbul etmirəm

Fərəc Quliyev: -Parlamentdə acıq qapı siyasətini isə qətiyyən qəbul etmirəm

Avropa ölkələrində seçicilər bir sıra hallarda parlament iclaslarını canlı izləmək imkanı da əldə edirlər. Amma Azərbaycanda belə bir təcrübə yoxdur. Bu fonda görəsən, Milli Məclisin iclaslarının Avropada olduğu kimi ictimailəşməsi mümkündürmü?

Açıqlamasında millət vəkili Fərəc Quliyev məsələ barədə düşüncələrini bu cür izah etdi: “Bu təcrübədən bir formada istifadə edilməsi tərəfdarıyam. Amma hər kəsin deyil, müəyyən məsələlərlə bağlı ictimaiyyət nümayəndələrinin Milli Məclisə dəvət olunmasını normal hesab edirəm. Amma Avropada olduğu kimi Milli Məclisdə də açıq qapı siyasəti yürüdülsə, inanın ki, parlamentdə yeriməyə imkan olmayacaq. Bizdə vəziyyət belədir. Digər tərəfdən, hər hansı təcrübəni də götürüb bütövlüklə Azərbaycanda tətbiq etməli deyilik. Parlament ciddi bir yerdir, orada qanunların qəbulu istiqamətində işlər görülür. Yalnız müəyyən məsələlərdə aydiyyatı olan ictimaiyyət nümayəndələrinin dəvət olunmasının tərəfdarıyam. Acıq qapı siyasətini isə qətiyyən qəbul etmirəm”.