Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: -Bu, təkcə Azərbaycanın işi deyil- AÇIQLAMA

Fərəc Quliyev: -Bu, təkcə Azərbaycanın işi deyil- AÇIQLAMA

“Yalnız Xəzərdə yox, dünyanın hər qitəsində təbiətə zərər verən silahlarla təlimlər keçirirlərsə, buna uyğun təşkilatlar etiraz edirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə Azərbaycan tərəfində ekoloji cəhətdən zərər verə biləcək silahlarla təlim keçirilmir. Amma qonşu dövlətlərdə deyək ki, Rusiyada hərbi təlimlər keçirilsə əlbəttə canlı aləmə, ekologiyaya zərəri ola bilər: “Mən hesab etmirəm ki, hərbi təlimlərin hamısı zərər verir. Əgər zərərli silahların atışı ilə bağlı hərbi təlimlər keçirilərsə, o zaman ekologiyaya zərəri ola bilər. Xəzər ümumi istifadədə olan göldür və nadir göllərdən biridir ki, resursları başqa yerlərdən fərqlənir və qorunmalıdır”.

Fərəc Quliyevin sözlərinə görə, belə hallara qarşı müxtəlif qurumlar fəaliyyət göstərir. Təkcə Azərbaycanın buna etiraz etməsi və qadağa qoyması mümkün deyil: “Belə məsələlərlə bağlı müxtəlif qurumlar etirazlarını bildirirlər. Yalnız Xəzərdə yox, dünyanın hər qitəsində əgər təbiətə zərər verən silahlarla təlimlər keçirirlərsə, buna uyğun təşkilatlar etiraz edirlər. Amma təkcə Azərbaycan tərəfinin belə təlimlərin qonşu dövlətlər tərəfindən keçirilməsinin qarşısını alması real olaraq mümkün deyil. Biz sadəcə nota verə, etiraz edə bilərik”.

Orxan Faiqov