Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Millət vəkili: - Cılız düşmənlərin təhdidlərindən çəkinməli deyilik.

Millət vəkili: - Cılız düşmənlərin təhdidlərindən çəkinməli deyilik.

“Bu gün Azərbaycan və Türkiyənin güclü ordusu, təhlükəsizlik qüvvələri var. Ona görə də belə cılız düşmənlərin təhdidlərindən çəkinməli deyilik və adekvat cavab verə bilərik”. Bunu SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev ASALA-nın yeni terrorlarla hədələməsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bu gün Ermənistanın arxasında böyük dövlətlər dayanır: “Azərbaycan ərazilərini də rus ordusunun köməyi ilə Ermənistan işğal edib. Eyni zamanda ermənilər 366 polkun köməyi ilə Xocalı Faciəsini törədiblər. İndi soyqırımı edənlər ASALA vasitəsi ilə terror da etmək istəyirlər. Biz ASALA-nın təhdidlərindən çəkinməli deyilik. Çünki, Azərbaycanın da, Türkiyənin də güclü təhlükəsizlik qüvvələri var. Ona görə də onlara adekvat cavab veriləcək”.

F. Quliyev deyib ki, ermənilər Böyük Ermənistan xülyası ortaya qoyublar və bunu Türkiyə və Azərbaycan əraziləri hesabına etmək istədiklərini heç yerdə də gizlətmirlər: “ASALA terror təşkilatı 70-ci illərdə Avropada xeyli türk diplomatına qarşı terror həyata keçirib. İslam dininə sitayiş edən birisi nə isə bir hadisə törədəndə onu İslamın üz qarası kimi təqdim edirlər. Ancaq, ASALA xristian ermənilərin terror təşkilatı olduğuna görə kimsə onu Xristianlığın üz qarası kimi təqdim etmək istəmir. Ona görə də Qərb dövlətlərinin bu məsələyə münasibətini birmənalı şəkildə ortaya qoymalarını tələb etmək lazımdır”.

Elvin Abdulqədirov