Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: -Çox yanlış yoldadırlar.

Fərəc Quliyev: -Çox yanlış yoldadırlar.

“Dünyanın istənilən ölkəsində müxtəlif fikirli cərəyanlar, diplomatlar var. Hər hansı bir adamın mövqeyini həmin dövlətin mövqeyi kimi qəbul etməyin tərəfdarı deyiləm”. Bunu SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, ABŞ-Azərbaycan və Avropa-Azərbaycan arasında münasibətlər normal səviyyədədir: “Çoxları Avropanın Azərbaycana qarşı sərt davranış gözlədiyi halda Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşəndə çox fərqli bir situasiya ilə qarşılaşdılar. Eyni zamanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Azərbaycan səfəri zamanı verdiyi mesajlar onu göstərdi ki, Azərbaycan və adı çəkilən dövlətlər arasındakı münasibətlər fərqli bir məcrada inkişaf edir. Bunun əksini arzulayanlar yanılırlar”.

F. Quliyev hesab edir ki, Qərb dövlətləri Azərbaycanla münasibətləri yaxşı saxlamalıdırlar: “Çünki, Azərbaycan əməkdaşlığa hazır bir ölkədir. Azərbaycan qonşuları və digər uzaq dövlətlərlə də səmərə verən əməkdaşlığın tərəfdarıdır. Belə məsələlərdən istifadə etmək istəyənlər çox yalnış yoldadırlar”.

Elvin Abdulqədirov