Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Milli Məclisdə müzakirəsində MDHP sədri, Millət vəkili Fərəc Quliyevin çıxışı. 17.03.2015

Milli Məclisdə müzakirəsində MDHP sədri, Millət vəkili Fərəc Quliyevin çıxışı. 17.03.2015

Sag olun,cənab Sədr.
Mən də hamını bayram münasibətilə təbrik edirəm.
Mən Hökumətdən bir neçə məsələyə aydınlıq gətirməsini istəyirəm:
Hazırda valyuta bazarındakı dalğalanma inkişaf etməkdə olan bütün ölkələrdə baş verir. ABŞ-ın Mərkəzi bankının keçirəcəyi növbəti toplantıdan gözləntilər dünya birjalarında dolların bahalaşmasına rəvac verib. Buna səbəb həmin toplantıda FEB-in faiz dərəcələrini artıracağı ilə bağlı qərarın verilməsinin gözlənilməsidir. Doğrudur indiki halda faiz dərəcələrinin artımı üşün heç bir iqtisadi əsas görmədiklərindən, mütəxəssislər ABŞ-ın Mərkəzi bankının faiz dərəcələrini artırmayacağını bir qədər gözləmə mövqeyi tutacaqlarını bildirirlər. Buna səbəb kimi ABŞ-da infilyasiya gözləntilərinin çox aşağı olması, iqtisadi inkişafla bağlı proqnozlar, işsizlik səviyyəsinin aşağı faizlə ifadəsi göstərilir. Amma, ABŞ sentyabr ayında faiz dərəcələrinə yenidən baxa bilər. ABŞ-ın uçot dərəcəsini qaldırması dolların bahalaçmasına səbəb olacaq. Dolların 5 faiz bahalaşması gözlənilir ki, belə halda qızılın unsiyası 16 faiz, avro isə dollara nisbətən 1,03 faiz aşağı düşə bilər. Təbii ki, bu proseslər Azərbaycan manatına qarşı da təziqləri daha da artıracaq. Çünki, inkişafda olan ölkələrin iqtisadiyyati, inkişaf etmiş ölkələrin iqtisadiyyatindakı dəyişikliklərə və şoklara daha həssas olur. Məncə ölkənin taleyi üçün narahat olan hər kəs üçün maraqlıdır –fevralın 21-də manatın devalvasiyasına gedən Mərkəzi bank dolların dəyəri artacağı təqdirdə hansı addımları atacaqdır?
Bundan başqa Avropa birliyi avro ilə bağlı yeni proqramı işə salmağa hazırlaşır. Bu layihəyə görə 60 milyard dəyərində pul çap edilərək dövriyəyə buraxılacaq. Bu isə avronu ucuzlaşdıracaq. Nəticədə avronun ucuzlaşması dollara olan tələbatı daha da artıracaq. Neftin ucuzlaşması, ABŞ iqtisadiyyatının getdikcə güclənməsinə dair məlumatlar dolları gücləndirən faktorlardır. Bu onu göstərir ki dollar bahalaşmaqda davam edəcək. Bu proseslər Azərbaycan manatına qarşı da təziqləri daha da artıracaq. Çünki azərbaycan manatı arxasında dayanan neftdən, neft pullarından asılıdır. Neftin qiymət dinamikasından asılı olaraq manatın da məzənnəsi dəyiçəcək. Neftin qiyməti 40 dollara düşəcəyi halda ikinci devalvasiya qaçılmaz ola bilər.Hökumət buna hazırdırmı?
Mərkəzi Bank, məzənnə dəyişikliyini bir çox amillərlə izah edib milli- iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək və.s.
Digər səbəb kimi Mərkəzi Bank onu da bildirib ki, manatın məzənnəsinin korreksiyası xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmasına xidmət edir.
Ucuzlaşan valyutalardan biri rus rubludur . 19.11.2014 –cü il tarixdə büdcə müzakirələrində mən bu məsələyə toxunmuşdum. Neft Fondu 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. Bu il rus valyutası dollara nisbətdə əhəmiyyətli dərəcədə dəyər itirib.Eyni zamanda Neft Fondu Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının $500 milyonluq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində səhmlərinin nominal dəyəri xeyli ucuzlaşıb. Həm VTB bankının səhmlərinin ucuzlaşması, həmdə rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin əhəmiyyətli dərəcədə “əriməsinə” gətirib çıxaracaq. Ona görə Neft Fondu rus rubluna münasibətdə siyasətinə redaktə etməli idi.
19.11.2014 –cü il tarixdə büdcə müzakirələrində mən başqa bir məsələyə də toxunmuşdum. Neftin qiymətinin 2015-ci ildə əvvəlcə 80 dollara, daha sonra isə 70 dollara qədər və daha aşağı düşə biləəcəyi gözlənilən idi. Bütün bu məqamlar, büdcə ilə bağlı müəyyən problemlər vəd edirdi.Dünya bazarında neftin qiymətinin 70 dollarlıq psixoloji baryerə yaxınlaşmasına rəğmən isə büdcədə neftin qiymətinin 90 dollar götürülməsi izah olunmalıdır.
Böhranlar maliyə sistemindən irəli gəlirsə ,bunun təsiri dərin olur və daha uzun müddət davam edir.Azərbaycan belə vəziyyətdə ,real olaraq uzun müddət davam edəcək olan aşağı sürətli böyümə xəttini modelləşdirməlidir.Ən azından isə tənəzzülə yuvarlanmama stratejiyasına malik olmalıdır.Hələliksə Hökumətin davranışlarından qənaət hasil edərək ,belə bir stratejiyanın olmadığını söyləmək olar.
Qlobal maliyyə böhranından çıxmaq üçün iqtisadiyyatı toparlamağa başlamaq lazımdır.Bunun üçün iqtisadiyyatın diversifikasiyası kənd təssərrüfatı ilə yanaşı həm də sənayeləşməyə bağlı olmalıdır.Bu istiqamətdə səmərəli,real addımlar atılmalı,rəqabət qabiliyyətli məhsullar istehsalına nail olunmalıdır.Hökumət infrastruktur islahatlarını həyata keçirmək üşün də cəsarətli addımlar atmalıdır.

MDHP mətbuat xidməti.