Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev partiyasının seçkilərə hazırlığından danışdı

Fərəc Quliyev partiyasının seçkilərə hazırlığından danışdı

"İqtidar-müxalifət görüşündə təklif etdik ki, seçkilər proporsional olsun”.


Adalet.az xəbər verir ki, bunu Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev iqtidar-müxalifət dialoqundan danışarkən bildirib.

Millət vəkili vurğulayıb ki, qarşıdan gələn parlament seçkiləri də əvvəlki sistemlə keçəcəksə, partiya sırasında iştirak məsələsi müzakirə olunacaq: "Yox, əgər fərdi- majoritar qaydada iştirak olacaqsa, yenidən deputat seçilməmiz üçün bu məsələdə son sözü təbii ki, partiya deyəcək”.

F.Quliyev rəhbərlik etdiyi partiyanın Milli Məclisə seçkilərə hazırlığından da danışıb: "Hər bir siyasi təşkilat ölkədə seçki qurtaran kimi növbəti seçkiyə hazırlaşmalıdır. Partiyanın qaydası budur. Biz hakimiyyətə məqsəd kimi baxmırıq və hesab ediirk ki, hakimiyyət son məqsədləri həyata keçirtmək üçün bir vasitədir, bir mandatdır. İstəyir bələdiyyə, parlament və prezident seçkilərində iştirak etmişik və bundan sonra da edəcəyik. Hazırlığımız da pis sayılmaz və hər halda, biz bunu mövsümi xarakter kimi görmürük. Bu, həm də təşkilatın cilalanması deməkdir”.

Partiya sədri deyib ki, hakimiyyətə hər hansı formada gələ bilməsələr də, tamamən hakimiyyətdə iştirak etməsələr belə, düşüncələri cəmiyyətə xeyirdisə, bu düşüncələrə hakim olmağa çalışırlar: "İdeyalarımızı istənilən hakimiyyətdə həyata keçirməyə maraqlıyıq. Təbii ki, çalışırıq, hakimiyyətdə özümüz təmsil olunaq”.