Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc bəyin 14 fevral 2012-ci ildə Milli Məclisdəki ÇIXIŞI

Fərəc bəyin 14 fevral 2012-ci ildə Milli Məclisdəki ÇIXIŞI


Hörmətli sədr, hörmətli millət vəkilləri!
BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvü olan Azərbaycan yanvar ayında on bir qapalı məsləhətləşmədə, üç formal debatda və beş brifinqdə iştirak etməli idi.
Müzakirələrə Yaxın Şərq, xüsusilə də Suriya və Liviyada cərəyan edən hadisələr, ədalətin və qanunun aliliyi, eləcə də BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq məsələləri çıxarılmalı idi. Təhlükəsizlik Şurasının gündəliyi yanvarın 4-də keçirilən plenar iclasda müəyyənləşdirilmişdi. Azərbaycan həmin iclasda TŞ-nin qeyri-daimi üzvü kimi ilk dəfə iştirak edib.
Sədrlik edən Cənubi Afrika Respublikasının səfiri Baso Sanqu bildirmişdi ki, Şurada on beş dövləti təmsil edən nümayəndələrin qapalı müzakirələrində, münaqişələrin həlli kimi ümumi problemlər üzrə BMT ilə regional təşkilatlar arasında daha sıx strateji əməkdaşlıq yaradılması, münaqişə baş verən ölkənin qonşuluğunda yaşayan dövlətlər, ədavətdən daha çox əziyyət çəkdiyinə görə, qonşu dövlətlərin regional təşkilatlarda münaqişələrin həllində vacib rol oynaması məsələləri müzakirə olunub. Məncə, Milli Məclis bu istiqamətdə xarici işlər nazirliyinin dinləməsini keçirməli ,ümumi məlumata malik olmalıdır. Bu çox vacibdir. Sonra biz yuxarıda göstərilən yanaşmanı əsas götürüb, Qarabag munaqişəsində Minsk Qrupu tərkibində Gurcustan vəTurkiyənin, Rusiya və Fransanın yerinə vasitəciliklərini gündəmə gətirə bilərik. Əlbəttə, ATƏT-in Minsk Qrupunun informativ yardımçı rolda, AB-nin əsas rolda olma imkanlarını araşdırmaq şərti ilə. Azərbaycan BMT Təhlükəsizlik Şurasinda çox da uzun zaman qeyri-daimi üzv olmayacaq. Biz bu üstün mövqeyimizi dəyərləndirməliyik.
Hörmətli sədr,hörmətli millət vəkilləri, hesab edirəm ki, bu deyilənləri nəzərə alaraq həm də:
-Milli Məclis BMT-yə öz tərəfindən qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrinin icrası məsələsi ilə bağlı müraciət etməlidir
-Azərbaycan Respublikası , BMT TŞ-nın qeyri-daimi üzvü hüququndan istifadə edərək, bu qurumun Ermənistan-Azərbaycan münaqişəsi haqqında qəbul etdiyi qətnamələrin qeyd-şərtsiz yerinə yetirilməsini Ermənistan respublikasından tələb etməsini gündəmə gətirməlidir.
Diqqətinizə görə təşəkkür edirəm.


Fərəc Qulitev gündəlikdə olan digər məsələ - Bələdiyyələrin fəaliyyəti ilə baglı məruzə ətrafında müzakirələrdə çıxış edərək təkliflərini səsləndirdi:

Hörmətli Millət Vəkilləri, bələdiyyələrin fəaliyyətində qanunçulugun gücləndirilməsi yerli özünüidarənın nüfuzunun artmasına və yeri əhalinin hüququnun etibarlı qorunmasına xidmət edir. Amma, qanunsuzluğa yol verilməməsi,hüquq pozuntularının aradan qaldırılması təkcə inzibati metodların tətbiqi ilə mümkün deyil. Demokratik idarəcilik qaydalarının pozulması –istər daimi komisiyaların işinin düzgün təşkil edilməməsi,istər secicilər qarşısında hesabat verilməməsi və ya büdcə layihəsinin müzakirəsinə yerli əhalinin cəlb edilməməsi kimi hallar müəyyən səbəblərlə,daha çox maliyyə sıxıntısı ilə baglıdır. Bələdiyyələrlə işin dogru qurulması həm də əyalət siyasətinin, qeyri-neft sektorunun inkişafı demekdir. Bu mənada bələdiyyə torpaqlarından səmərəli istifadə mühüm şərtdir. Məsələyə bir tam kimi baxilsa, bələdiyyələrə ayrılan vəsait investisiya xarakterli olar. Ölkəmiz 8 milyard manatlıq qeyri-neft sektoruna aid idxal məhsulunun demək olar ki, hamısını istehsal edə bilər. Bələdiyyələrə normal miqdarda dövlət vəsaitinin ayrılması bu qurumu fəalittətsizlikdən də qurtarar, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verə bilməsinə, qanunsuzluqların aradan qalxmasına səbəb olar. Bilirik ki, bu sistemin işlək olması üçün ən müxtəlif tədbirlərlə yanaşı, həm də bələdiyyə qulluqçularının əmək hüquqlarının tənzimlənməsi vacibdir.Bu məqsədin həyata keçməsinə də vəsait lazımdır. Bütün bunları nəzərə alaraq təklif edirəm ki, 2012-ci il dövlət büdcəsindən bələdiyyələr üçün nəzərdə tutulan vəsait bir neçə dəfə artırılsın.
Diqqətinizə görə təşəkkür edirəm.