Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fransadakı terrorun pərdəarxası məqamları ilə bağlı şok iddialar

Fransadakı terrorun pərdəarxası məqamları ilə bağlı şok iddialar

Fərəc Quliyev: “İŞİD-in yaradılması, İslam adı altında terror hadisələrinin törədilməsi, bilavasitə düşünülmüş şəkildə İslam dinini hörmətdən salmağa xidmət edən mərkəzlərdən idarə olunur”

Fransada baş verən məlum terror hadisəsi dünya gündəmini zəbt edən əsas mövzu olaraq qalır. Baş verən bu hadisədən sonra narahatlıq doğuran məqam Avropada islamafobiyanın güclənə biləəcyi ilə bağlıdır. Avropada islamafobiya güclənərsə, belə vəziyyət maraqlıdır, müsəlman və xristian dünyasına nə vəd edir?


Millət vəkili Fərəc Quliyev öncə qeyd etdi ki, terrorun milləti, dini və irqi olmur: "Terror kim tərəfindən törədilsə, tərəfimizdən qınanılır. İslam barış dinidir. Müsəlmanlar bütün peyğəmbərlər üçün öz ürəklərində yer ayırır. Yaxın günlərdə İsanın mövludu ilə bağlı olaraq bayramlara qatıldıq. Terror olaylarını İslama yapışdırmaq əslində, düşünülmüş məsələdir. Hesab edirəm ki, həm İŞİD-in yaradılması, həm İslam adı altında müəyyən terror hadisələrinin törədilməsi bilavasitə düşünülmüş şəkildə İslam dinini hörmətdən salmağa xidmət edən mərkəzlərdən idarə olunur. Son zamanlar məlum olub ki, İŞİD-in rəhbərliyinin təlimat aldığı yerlər belə, İslama dəxli olmayan yer və adamlardan ibarətdir. Ona görə də İŞİD-in və onun törətdiyi terror hadisələrinin İslam dininə aid olmasını tamamilə istisna edirəm. Amma müsəlman əslilli bir adam da terror törədərsə, o da qınanmalıdır. Arzulayırıq ki, Fransadakı hadisə tezliklə aydınlığını tapsın və müqəssirlər cəzalandırılsın. Lakin məsələ ondadır ki, hər il Avropada 30 minə qədər xristian İslamı qəbul edir. Bundan ehtiyatlanaraq, İŞİD yaradıldı, İslam adı altında müəyyən terrorlar törədildi. Məqsəd bu dini hörmətdən salmaqdır. Fransa və Almaniya daxil Avropa dövlətləri onu yaddan çıxarmasınlar, elə məsələlər var ki, onun dini, irqi olmur, o cümlədən terrorun. Biz onu qınayırıq. Sadaladığım bu məsələlər fonnuda müəyyən dairələr İslamdan qorxu yaratmaq, İslam dininin yayılmasının qarşısını almaq üçün ortaya müəyyən taktika qoyur. Məscidlərə basqılar, İslama tapılanlara basqılar, çadraya qarşı Avropada qadağaların tətbiqi olsun, bunları əsaslandırmaq üçün mütləq bir terror hadisəsi və yaxud İslamı xortdan kimi təqdim etmək lazım gəlir. İslama qarşı olan mərkəzlərə xəbərdarlıq olunmalıdır ki, bu hal gələcəkdə dinlərarası dialoqa böyük bir etinasızlıq gətirə bilər”.

Rüfət NADİROĞLU