Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:-Ter Petrosyan Dağlıq Qarabağla bağlı daha rasional təkliflərlə çıxış edəndə onu dərhal dəyişdilər.

Fərəc Quliyev:-Ter Petrosyan Dağlıq Qarabağla bağlı daha rasional təkliflərlə çıxış edəndə onu dərhal dəyişdilər.

“Dağlıq Qarabağ münaqişəsinin Rusiya tərəfindən süni şəkildə yaradılması hamıya məlumdur və Ermənistanda hakimiyyət dəyişikliyi zamanı Qarabağ kartından istifadə edilir”. Bunu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

F. Quliyev deyib: “Təbii ki, bu problem ortada qalanda hakimiyyət Rusiyadan xeyir-dua almaqla bundan müəyyən qədər yararlanmağa çalışır. Bu kartı Rusiyanın xeyrinə olmadan, hətta Ermənistan dövlətinin xeyrinə olsa belə erməni hakim dairələri icazəsiz istifadə edə bilməzlər. Bir zamanlar Ermənistanın keçmiş prezidenti Levon Ter Petrosyan Dağlıq Qarabağla bağlı daha rasional təkliflərlə çıxış edəndə onu dərhal dəyişdilər. Bu gün Serj Sarkisyan da anlayır ki, əgər Dağlıq Qarabağ kartından fərqli şəkildə istifadə etməyə çalışarsa, dərhal dəyişəcəklər”.
Millət vəkili bildirib ki, hakimiyyətinin hansı qolu olursa, olsun və nə qədər yerli xarizmatik lider olsa, Rusiyadan dəstək almadan Ermənistanda heç bir iş görə bilməz: “Bu həm Ermənistanın qoltuq altı dövlət olması ilə, həm də Qarabağ savaşında guya ki ermənilərin əldə etdiyi müvvəqqəti uğurun saxlanmasında birbaşa Rusiyanın olması ilə bağlıdır. Amma, son zamanlar Rusiyada baş verən ziqzaqlar və Azərbaycanın Rusiya ilə münasibətlərinin yaxşılaşması, bu ölkədəki iqtisadi durumun birbaşa Ermənistana təsiri işğalçı ölkəni seçim qarşısında qoyub. Belə vəziyyətdə Ermənistan başqa bir tərəfdaş axtarıb, Rusiya ilə bərabər gömülmək istəmir. Ancaq, hesab etmirəm ki, bu mərhələ bitib. Çünki, Rusiyada da Ermənistanın mövqeyi və onun ayağına badalaq olduğunu anlayırlar. Hətta Rusiya rəsmiləri elan etdilər ki, Azərbaycan bu ölkənin ən pis günlərində onun yanında olub. Bu ifadələr Ermənistan üçün istifadə olunmadı. Əksinə Rusiyanın öz ordusunu Ermənistandan çıxara bilər kimi fikirlər səsləndi. Ona görə də ermənilər blef imici formalaşdırmaq istəyirlər”.

Elvin Abdulqədirov