Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev jurnalistlərin mükafatlandırılması törəninə fəxri qonaq kimi qatıldı

Fərəc Quliyev jurnalistlərin mükafatlandırılması törəninə fəxri qonaq kimi qatıldı

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili FərəcQuliyev Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılması törənində iştirak edib.
Fərəc Quliyev Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçirdiyi həmin tədbirə jurnalistlərə mükafatları təqdim edən fəxri qonaqlardan biri kimi qatılıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, mətbuat orqanlarının rəhbərləri, millət vəkilləri və digər qonaqların da fəxri qonaq kimi iştirak etdiyi mükafandırma törənində jurnalistlərə müxtəlif hədiyyələr və pul mükafatları verilib.