Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Departamentlər

Ermənilər Dərbəndi də - erməniləşdirir.

Ermənilər Dərbəndi də - erməniləşdirir.

Ermənilər indi də qədim Azərbaycan torpaqları olmuş, hazırda isə Rusiyanın tərkibinə daxil edilmiş Dərbənd rayonunun onlara məxsus olduğunu iddia edirlər. Artıq "erməni memarlıq nümunələri"ni araşdırma işini həyata keçirən ictimai təşkilat bu il Dərbəndə araşdırma qrupu göndərəcək.

Təşkilatın sədri Samvel Karapetyan iddia edir ki, Dərbənd yaxınlığındakı bir neçə kənddə ermənilərə məxsus orta əsr dövlərinə aid xaçkarlar var: "Biz bir ay ərzində Maxaçkala, Dərbənd, Qroznı və əzər sahili boyunca araşdırmalar aparacağıq. Ermənilər bu ərazilərdə min illər boyunca yaşayıblar". Erməni "araşdırmaçılar" 2012-ci il ərzində tək bu tarici torpaqlarımızda olmaqla kifayətlənməyəcəklər. S.Karapetyan bildirir ki, "araşdırma qrupu" yenə də Azərbaycanın qədim torpaqları olmuş Maku, Xoy, Urmiya və s. ərazilərdə araşdırmalar aparacaqlar. Burada onlar iyun-iyul aylarında "erməni abidələri" tapmağa çalışacaqlar.