Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanıda seçicilərlə məhəlli görüşlərə start verilib

Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanıda seçicilərlə məhəlli görüşlərə start verilib 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə 5-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə dairə ərazisində seçicilərlə məhəlli görüşlərə start verilib. İlk görüş Suraxanı rayonu “Vətən Uğrunda” abidəsinin ətrafında (Fərman Kərimzadə, Vüqar Quliyev, Şadlinski küçələri) yaşayan seçicilərlə keçirilib. Sakinlərin ərazilərlə bağlı şikayətləri dinlənilib və problemlərlə yerində tanış olunub. Görüş zamanı sakinlər millət vəkilinin göstərdiyi qayğını qiymətləndirib və problemlərin həllinə ümid etdiklərini bildiriblər.

Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə problemlərlə bağlı məlumatlar aktlaşdırılaraq müvafiq cavabdeh qurumlara müraciət edilib.