Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

MDHP Departamentlər

MDHP Qarabağ Departamenti bəyanat yaydı

MDHP Qarabağ Departamenti bəyanat yaydı

Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamenti cəbhədə yaranmış son vəziyyətlə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“02.04.2016-ci il tarixində cəbhədə erməni tərəfinin törətdiyi növbəti təxribatın qarşısının alınması və cavab tədbirlərinin həyata keçirilməsi ilə əldə edilmiş uğurlarla ordumuzun xeyli irəliləməsi və düşmənə ağır itgilər yaşatması Qarabağ müharibəsində yaxınlaşan qələbənin müjdəsi və ifadəsidir. Azərbaycan ordusunun əldə etdiyi bu zəfər bütün Azərbaycan xalqında torpaqlarımızın azad edilməsiylə bağlı olan ruh yüksəkliyini dəfələrlə artırmışdır. Eyni zamanda Birinci Qarabağ Müharibəsi iştirakçlırının da qələbəyə olan inamını daha da sarsılmaz etmişdir. Biz Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamenti keçmiş Qarabağ döyüşçüləri adından bəyan edirik ki, torpaqlarımızın azadlığı uğrunda döyüşdə iştirak etmək üçün Ali Baş Komandana müraciət edərək, müharibə iştirakçısı kimi bizim döyüş təcrübəmizdən yararlanmağı təklif və xahiş edirik. Biz keçmiş döyüşçülər danışıqların uzadılmasının Azərbaycana xeyir vermədiyini, zaman itirmədən hərbi yolla torpaqlarımızın işğaldan azad edilməsinin tərəfdarı olduğumuzu bəyan edirik. Bu səbəbdən də bildirmək istəyirik ki, bütün döyüşçülər torpaqların azadlığı uğrunda səfərbər olmaq üçün hər an veriləcək əmiri gözləyir!

Şakir Ağayev
MDHP Qarabağ Departamentinin sədri,
müharibə veteranı, ehtiyatda olan zabit
04.04.2016”