Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

AP-nin Bakıda keçirilən plenar sesiyasında Fərəc bəyin ÇIXIŞI

AP-nin Bakıda keçirilən plenar sesiyasında Fərəc bəyin ÇIXIŞI
3 aprel tarixli iclasda Enerji komitəsinin hesabatınin müzakirəsi zamanı, erməni nümayəndə heyyəti üzvünün , Azərbaycanı insan hüquqlarını pozmaqda ittiham etməsinə Azərbaycan nümayəndə heyyətinin üzvü Fərəc Quliyev tərəfindən tutarlı cavab veildi.

Cavab: Hörmətli kolleqalar ,əvvəla qeyd edim ki, məruzəçilər çox əhatəli bir sənəd hazirlayiblar.Amma mən sənəddə aydın olmayan bir məsələ ilə bağlı sual etmək istəyirəm.Biz ekoloji tarazlıq,təhlukəsiz bölgə ,təhlükəsiz enerji qaynaqları haqda müzakirələr aparırıq,amma ermənistan atom elektrik stansiyasının baglanması ilə baglı heç bir irəli addım yoxdur.Bu stansiyanın bağlanması Beynəlxalq qurumlar tərəfindən qərarlaşdırılıb və müəyyən vəsait də ayrılıb.Niyə bu istiqamətdə işlər görülmür və ya görülürsə,işlər hansı mərhələdədir?Xahiş edirəm mənim bu sualıma kimsə cavab versin.
Ikincisi, burada mənim ölkəm haqqında erməni deputat tərəfindən insan haqları ilə bağlı tutulan irada cavab verməyə bilmərəm.Ermənistan prezidenti öz müsahibəsində bildirir ki,”Agdam mənim vətənim deyil”Onda, ortaya sual çıxır,_Ağdam sənin vətənin deyil, onda sənin ordun orada nə edir? Bu işgalçı ordunun orada olmasına görədir ki, yüz minlərlə azərbaycanlı bu Azərbaycan ərazilərindən didərgin düşüb.Bu insanların bütün hüquqları pozulub.Yüzminlərlə insanın hüquqlarını pozan bir dövlətin Avronest trubinasından insan haqlarindan danişması absurddur.

Avronest Parlament Assambleyasının ikinci plenar sesiyasında 4 aprel tarixindəki iclasında da maraqli məqamlar oldu. Azərbaycan nümayəndə heyyətinin üzvü Fərəc Quliyev gündəlikdəki ” Avronest Parlament Assambleyasının 2012-2013-cu illər üçün nəzərdə tutulmuş fəaliyyətinin planlaşdırılması və hazırlığı” mövzusunda təkliflə çıxış etdi:

Hörmətli parlamentarilər,mən , Avronest Parlament Assambleyasının 2012-2013-cu illər üçün nəzərdə tutulmuş fəaliyyətinin planlaşdırılması və hazırlığında Cənubi Qafqazdakı münaqişələrə yanaşmalarda redaktələr etməsini məqsədəuygun sayıram.
Bölgədəki münaqişələr Cənubi Qafqazda real əməkdaşlıq imkanlarını əngəlləyir. Münaqişələrin həlli prosesində Aİ aktiv siyasət aparmalı, ilk növbədə ittifaqın Şərq Tərfdaşlığında iştirak edən ölkələrin əməkdaşlığına süni əngəlləri aradan qaldırmaq üçün təşəbbüsü üzərinə götürməlidir.


Çünki,həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistan Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramının üzvüdür və köhnə qitəyə inteqrasiya olunmağa çalışır. İkincisi, Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis olunub.İndilikdə ,Ermənistan-Azərbaycan münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur.
ATƏT üzv dövlətləri 1974-cü il Helsinki Aktına əməl etməyə həvəsləndirmək üçün potensial imkana malikdir. Lakin ,ATƏT səhv olaraq “Dağlıq Qarabağ ətrafında mübahisə adlandırılan Ermənistan-Azərbaycan müharibəsinin həlli barədə müzakirələrdə forum rolunu oynayır.
Həmsədr Vigenin F.Quliyevin sözünü kəsdi və “biz bu məsələdə müzakirə açmırıq. Ona görə də bu məsələni yenidən qaldırmağın yeri deyil” söylədi. F.Quliyev isə sözünü davam etdirərək,” Aİ Cənubi Qafqazda konfliktlərin həlli istiqamətində beynəlxalq təşəbbüsü ələ almalı, eyni zamanda Cənubi Qafqaz ölkələrinin hər üçünə ittifaqa üzvlük perspektivi və bunun üçün aydın “yol xəritəsi” verməlidi” deyərək çıxışını yekunlaşdırdı.