Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

"Azərbaycan tərəfi tezliklə öz mövqeyini bildirəcək” – Fərəc Quliyev

"Azərbaycan tərəfi tezliklə öz mövqeyini bildirəcək” – Fərəc Quliyev "İrəvan Qarabağ münaqişəsi zonasında sülhməramlıların yerləşdirilməsinə razıdır. Biz heç bir zaman buna qarşı olmamışıq, amma hesab edirik ki, bu münaqişə əsaslı şəkildə və birdəfəlik həll olunmalıdır.”

Almaniya mətbuatının məlumatına görə bunu Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib.

Ermənistan prezidenti Serj Sarkisyanın "Qarabağ”da sülhməramlı qoşunları yerləşdirməsi ilə bağlı çıxışının hüquqi əsası varmı? Rəsmi Bakı bu qərarı necə qarşılayacaq?


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyevin fikrincə, Ermənistan indiyə kimi bildirirdi ki, guya onlar bu savaşda tərəf deyillər: "Daha doğrusu özlərini belə göstərməyə çalışırdılar. Onlar Qarabağda "DQR”ın qoşunların olduğunu iddia edirdilər. Sarkisyanın indiki sülhməramlılarla bağlı bəyanatla çıxış etməsi bir daha təsdiq edir ki, Ermənistan işğalçı dövlətdir və o ərazilərdə baş verəcək hadisələrlə bağlı Ermənistanın mövqeyini nümayiş etdirmək istəyir. "Qarabağ” Azərbaycanın ərazisidir. Sarkisyanın ixtiyarı yoxdur ki, Azərbaycan ərazisi haqda nəyisə danışsın. Ermənistanla Azərbaycan arasında müharibə gedir. Qarabağ bizə qaytarıldıqdan sonra bu barədə düşünmək olar. Çünki o zaman əsl sərhədlər müəyyən ediləcək və Azərbaycan tərəfi iki dövlərt arasında sülhməramlı qoşunlar yerləşdirilməsi barədə öz fikrini deyə bilər”.

Millət vəkili Azərbaycanın bu məsələ ilə əlaqədar tezliklə mövqe bildirəcəyini bildirib:” Ermənistan işğalçı orduları Azərbaycan ərazilərini tərk etməyincə müharibə bitmiş sayılmaz. Bir mənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Bu konteksdən çıxış edərək, Azərbaycan tərəfi əlavə detallarla bu məsələyə öz mövqeyini tezliklə bildirəcək.”