Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

MDHP Departamentlər

MDHP Qərbi Azərbaycan Departamenti Prezidentə müraciət etdi

MDHP Qərbi Azərbaycan Departamenti Prezidentə müraciət etdi Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin bəyanat yayaraq, Azərbaycanın tarixi torpaqlarının qaytarılması üçün veriləcək istənilən qərara müsəlləh əsgər kimi hazır olduqları ilə bağlı Prezidentə müraciət ediblər.
Həmin bəyanatın tam mətnini təqdim edirik:

“Yüz illərdir ki, erməni terrorçu təşkilatları 1828-ci ildən başlayaraq mərhələ-mərhələ (1905-1906, 1915-1918, 1937, 1948-1953-cu illər və s.) öz havadarlarının dəstəyi ilə Qərbi Azərbaycan türklərinin dədə-baba torpaqlarından qırğınlar, soyqırımlar törədərək qovmuşlar. Birində rus çarizminin, birində rus bolşevizminin, digərində başqa birisinin silah sursatı ilə mənfur planlarını həyata keçirmişlər. Həmişə bu plana uyğun hərəkət edən terrorçu ermənilərin aprelin ilk günlərində törətmək istədikləri son törətmək istədikləri növbəti təxribatın qarşısı şanlı Azərbaycan əsgəri tərəfindən alınmış və ona layiq olduğu cavabı vermişdir.
Cavab tədbirlərinin həyata keçirilməsi nəticəsində ordumuzun xeyli irəliləməsi və erməni terroçularını ağır itkilərə uğratması Qarabağ müharibəsində və digər itirilmiş Azərbaycan türklərinə aid torpaqların qaytarılması yolunda olan qələbənin müjdəsi və ifadəsidir. Bu hadisə bütün xalqımızın qələbəyə olan inamını sarsılmaz etmişdir.
Biz Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamenti olaraq Prezidentə müraciət edərək bizim tarixi torpaqlarımıza qayıtmağımız üçün veriləcək hər hansı bir qərara müsəlləh əsgər kimi hazır olduğumuzu bəyan edirik.
1988-1989- cu illərdə Qərbi Azərbaycandan erməni terror birləşmələri tərəfindən güclə qovulmuş 485 min insanın özləri və övladları Sizin əmrinizi gözləyir və İrəvana qədər olan ərazilər uğrunda son damla qanlarına qədər vuruşmağa hazır olduqlarını bildirirlər.

MDHP Qərbi Azərbaycan Departamenti

12.04.2016”