Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanıda seçicilərlə növbəti məhəlli görüş keçirilib

Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanıda seçicilərlə növbəti məhəlli görüş keçirilib 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə 5-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə dairə ərazisində seçicilərlə məhəlli görüşlər keçirilir. Növbəti görüş Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində və ətraf ərazilərdə yaşayan seçicilərlə keçirilib. Sakinlərin ərazilərlə bağlı şikayətləri dinlənilib və problemlərlə yerində tanış olunub. Görüş zamanı sakinlər millət vəkilinin göstərdiyi qayğını qiymətləndirib və problemlərin həllinə ümid etdiklərini bildiriblər.

Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə problemlərlə bağlı məlumatlar ümumiləşdirilərək müvafiq cavabdeh qurumlara müraciət edilib.