Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc bəyin 22 may 2012-ci ildə Milli Məclisdəki ÇIXIŞI

Fərəc bəyin 22 may 2012-ci ildə Milli Məclisdəki ÇIXIŞI
Hörmətli millət vəkilləri,Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə toplantısının Bəyannaməsinin təsdiqi vacibdir. Buradakı müddəalar Türk cumhuriyyətlərinin inteqrasiyasında irəliyə doğru daha bir addımdır. Mən bunu təqdir edirəm,hesab edirəm ki, bu kimi sənədlərin işlək halda olması üçün ,bu müddəalara uyğun əməli addımlar atılmalıdır. Bundan öncəki Almatı toplantısında da Azərbaycan Prezidenti daha dərin əməkdaşlığa ehtiyac olduğunu gostərdi.Bu təqdir olunan yanaşmadır. Türk Cumhuriyyətlərinin əməkdaşlığı iqtisadi-mədəni müstəvidən, siyasi-hərbi müstəviyə kecirilməlidir. Bu bir zərurətdir. Biz artıq “Türk Cümhuriyyətləri Asayişi Birgə Muhafizə Qüvvələri “nin yaradılmasını da yubanmadan gündəliyə gətirməliyik. Yeri gəlmişkən Türkiyə ilə Azərbaycan arasında viza rejimi dərhal aradan qaldırılmalıdır.Azərbaycanın da daxil olduğu kürəsəl siyasi gündəm onu tələb edir ki,biz ölkə olaraq təkcə bu qurumda deyil,bütün təmsil olundugumuz qurumlarda təşəbbuskar olaq,ölkəmizin milli maraqlarına uygun reformalara nai olaq.Biz təkcə təhəddüdlər götürməmişik,tərəfdaşlarımız da təhəddüdlərınə əməl etməlıdir. Parlament kürəsəl siyasi gündəmi nəzərə alaraq müvafiq dövlət strukturlardan NATO-ya müraciət etməsini istəməlidir. NATO –nun transformasiya siyasətini müzakirəyə çıxarması təklif olunmalıdır. Soyuq Müharibənin ən qızğın dövrlərində belə NATO tərəfindən müəyyən transformasiya siyasətlərinin həyata keçirildiyi məlumdur. Misal üçün, 1952 Lissabon Sammitində qəbul edilən "Məhdud Müharibə Strategiyası" və ya 1954-cü ildə qəbul edilən "Kütləvi Zərbə Strategiyası", eləcə də 1967-ci ildən etibarən tətbiq olunan "Elastiki Zərbə Strategiyası" kimi sənədlər NATO-nun hər dövrün tələbinə uyğun dəyişmə trendinin göstəricisidir. Kollektiv Təhlükəsizlik Müqaviləsı təşkilatı adından Rusiya rəsmılərinin Azərbaycanı təhdid etməsi bunu zəruri edir.Rusiya Azərbaycanın öz torpaqlarını güc vasitəsilə azad etməsi zamanı Ermənistana yardım edəcəyini bildirməsinə müttüfiqlərimizin münasibəti aydın olmalıdır və ya biz müttəfiqlərimizin çərcivəsini ,münasibətləri aydınlaşdırmalıyıq. Azərbaycanın mövqeyi dinc yollarla torpaqlarımızın azad olunmasıdır,amma BMT-nin 4 müvafiq qətnamesi həyata kecməzsə,ölkəmiz hərbi yolla torpaqlarını azad etmək məcburiyyətindədir.Rusiyanın KTMT adından Azərbaycanı təhdid etməsi yolverilməzdir.Beynəlxalq ictimai rəyin yanlış formalaşdırılması baxımından da yuxarıda söylədiklərimə diqqət etmək məcburiyyətindəyik. Ölkəmiz 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub. Bu, Azərbaycanla hərbi ittifaq arasında əlaqələrin inkişafının mühüm göstəriciləridir. Ölkəmiz 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində fəal iştirak edib.Bunlar imkan verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsı təşkilatı adından Rusiyanın təhdidlərinə NATO-nun münasibətini istəyək.
İranın son davranışlarına münasibətim isə çox qısa olacaq.Məncə,Azərbaycan artıq tərəddüd etmədən İrana qarşı tətbiq olunan sanksiyalara qoşulmalıdır.Təşəkkur edirəm.