Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev: “Ermənistanın Qarabağda yaranmış qondarma rejimin müstəqilliyini tanıma cəsarəti yoxdu” (video)

Fərəc Quliyev: “Ermənistanın Qarabağda yaranmış qondarma rejimin müstəqilliyini tanıma cəsarəti yoxdu” (video) “Ermənistan müharibədən qorxur, danışıqları da uduzub”


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Lider Televiziyasında “Səda” Analitik İnformasiya verilişinin qonağı olub. Ermənistanda qondarma “Qarabağ rejiminin” “müstəqilliyinin” tanınmasına dair qanun layihəsinin müzakirəsinə həsr edilmiş verilişdə partiya sədri Ermənistanın hazırladığı bu şounun məqsədlərini açıqlayıb. Əsasən daxili auditoriyaya hesablanmış bu addımı eyni zamanda Ermənistan hökumətinin Azərbaycana qarşı şantaj cəhdi kimi qiymətləndirən millət vəkili bildirib ki, Ermənistan hökuməti heç bir halda Qarabağda yaranmış qondarma qurumu tanımayacaq, çünki buna cəsarəti yoxdu. O, Ermənistanın müharibədən qorxduğu, danışıqları isə uduzduğu üçün bu cür davranış sərgilədiyini bildirib.
Bununla bağlı Fərəc Quliyevin həmin verilişdəki şərhlərinin və açıqlamalarının videosunu təqdim edirik: