Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev Milli Məclisin 14 oktyabr tarixli iclasında bir neçə ciddi məsələ qaldırdı.

Fərəc Quliyev Milli Məclisin 14 oktyabr tarixli iclasında bir neçə ciddi məsələ qaldırdı.

Çıxışın tam mətnini təqdim edirik.



Sağolun, Cənab sədr!
1. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik təklifi layihəsində 11.1.2 bəndində yazılır ki, idarə müəssisə və təşkilatların rəhbəri həmin idarə, müəssisə və təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və struktur bölmə müəyyən edir.
11.1.6-cı bənddə isə göstərilir ki,” barəsində məlumat verilən şəxsə həmçinin araşdırmanın nəticəsində birbaşa və dolayısı ilə marağı olan şəxslərə korrupsiya ilə əlaqəli hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.” Bütün hallarda həmin idarədə ən azından dolayısı ilə baş verən məsələnin idarə rəhbərinə dəxli vardır. Ya birbaşa və ya ən azından dolayısı ilə .Çünki müəssisənin rəhbəridir. Ona görə mən hesab edirəm ki, bu qurumun yaradılması həmin idarəyə həvalə olunmaqdansa korrupsiya ilə mübarizə idarəsinə həvalə olunmalıdır. Düşünürəm ki, korrupsiyaya qarşı ciddi mübarizə əzmi vardır.Son zamanlardakı fəaliyyət də onu göstərir ki, gerçəkdən addımlar atılır. Amma bəzi məsələlərdə o qurumlar ki, müstəqil davrana bilirlər- iş görə bilirlər. Müstəqil davrana bilməyənlər çətinliklə qarşılaşırlar. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin özü belə Prokurorluqdan ayrılıb birbaşa Prezidentin özünə tabe olsa daha uğurlu bir variant olar. Çünki Prokurorluğun özündə də korrupsiya halları olur və bir neçə il əvvəl prokurorluq əməkdaşı korrupsiya və şantaja görə 12 il müddətinə həbsə məruz qaldı. Deməli, Prokurorluqda da belə hallar olur. Mən hesab edirəm ki, aparılan korrupsiyaya qarşı mübarizə islahatları çox səmərəlidir və bu gün müzakirə olunan “ Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik də əhəmiyyətlidir. Amma bu funksiyaların idarə və müəssisələrə yox, korrupsiyaya qarşı mübarizə idarəsinə həvalə eləmək və həmin idarənin də müstəqil olması üçün gələcəkdə addımıarın atılması daha ciddi səmərə verə bilər.

2. Son zamanlar həm şəhid ailələrinə, həm milli qəhrəmanlara, Qarabağ qazilərinə çox ciddi dəstək verilir. Prezident tərəfindən imzalanan sərəncamlar hər gün daha çox vətənpərvərlik əhval ruhiyyəsini qaldırır. Mən hesab edirəm ki,”Şəhidadının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında “qanuna olan bugünkü dəyişikliklər də bu istiqamətdə atılan çox ciddi addımlardan birisidir. Mən bir məsələ ilə bağlı istəyirəm təklif verim.Bu təkövladlı şəhid ailələrinə aiddir.Tək şəhid övladlarının hərbi xidməti ilə bağlı mənə xeyli müraciətlər olur və mənə elə gəlir ki başqa deputatlara da belə müraciətlər olur. Bir övladı olan şəhid ailələrində həmin övladın hərbi xidməti məsələsinə münasibətdə qanunda dəyişiklik etməyimiz yaxşı olar. Yəni bir övladı olan şəhid ailəsindən çağırışçının ya hərbi xidmətdən azad eləmək, ya da ən azından onun arxa cəbhədə xidmətini təmin eləməklə bağlı biz bir tədbir görsək, o müraciətləri müsbət cavablandırmış olarıq. Elə də böyük bir kontingent yoxdur ,məncə bunu eləməyə dəyər.

Digər məsələ isə- şəhid ailələrinin övladları ali təhsil aldıqları müddətdə müavinətlərini alırlar, amma həmin yaşda hərbi xidmətdə olanlar müavinət almırlar. Amma şəhid ailələrinin övladı hərbi xidmətdə olanda daha çox ehtiyaclı olurlar və məncə hərbi xidmətdə olan şəhid ailələrinin övladlarına da müavinətin verilməsini təmin eləmək olar. Bu təklifi nəzərə alsaq atılan addımları daha da qüvvətləndirmiş olarıq.
Təşəkkür edirəm.

Milli Dirşəliş Hərəkatı partiyasının mətbuat xidməti.