Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Departamentlər

Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin “20 yanvar” anma günü münasibətilə keçirdiyi iclasın gündəliyindən

Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin “20 yanvar” anma günü münasibətilə keçirdiyi iclasın gündəliyindən

MDHP Qarabağ Departamenti 1990-cı ildə Sovet ordusunun Azərbaycanda törətdiyi “20 yanvar” qanlı hadisənin 25 illiyi ilə əlaqədar 10 yanvar 2015-ci il tarixində Xırdalan qəsəbəsində toplantı keçirmişdir. Toplantının gündəliyində iki məsələ müzakirə edilmişdir.
Birinci məsələdə çıxış edənlər ANS şirkətlər qrupunun prezidenti cənab Vahid Mustafayevin rejissorluğu ilə “20 yanvar” haqqında bədii filim çəkilişinə münasibət bildirmişlər. Çıxış edənlər bu tarixi hadisənin kölgədə qalan məqamlarının beynəlxalq aləmə bir daha təqdim olunmasında filimin əhəmiyyətini söyləmişlər, eyni zamanda filmə maliyyə dəstəyi göstərən Dövlət Başçısına və hərbi- texnik çəkiliş imkanlarının həyata keçirilməsinə dəstək verən Müdafiə Naziri cənab Zakir Həsənova minnətdarlıqlarını bildirmişlər.
İkinci məsələdə “20 yanvar” Şəhidlərinin dəfn mərasimini təşkil edən rəhbərlikdə o zaman iş adamı olan MDHP Qarabağ Departamentinin sədri Şakir bəy Ağayevin fəallığını qeyd edən məruzəçilər həmin günlərin təhlükəli anlarından söz açmışlar. Qeyd etmişlər ki, belə bir hərbi təcavüz zamanında əlləri Azərbaycan xalqının qanına bulanmış rus hərbçilərinin qarşısında dəfn mərasimini təşkil edən qeyrətli oğullar (Şakir bəy Ağayev də daxil olmaqla) heç bir təhlükədən çəkinmədən Şəhidlərimizin dəfn mərasimini layiqincə yerinə yetirmişlər.
İclasın sonunda çıxış edən Şakir bəy Ağayev qeyd etmişdir ki, sabiq Qarabağ döyüşçüləri hər zaman torpaqlarımızın azad edilməsi barəsindəki Ali Baş Komandanın əmrinə hazırdır.

MDHP Mətbuat Xidmət