Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Rəhbərlik MDHP Departamentlər

MDHP-nin DEPARTAMENTLƏR üçün ƏSASNAMƏSİ

MDHP-nin  DEPARTAMENTLƏR üçün  ƏSASNAMƏSİ

MDHP-nin DEPARTAMENTLƏR üçün
ƏSASNAMƏSİ


(MDHP Departamentləri MDHP Sədrinin səlahiyyət verdiyi şəxslər tərəfindən formalaşdırılır.)


DEPARTAMENTLƏR:

 MDHP Qarabağ departamenti.
 MDHP Borçalı departamenti.
 MDHP Bakı və Abşeron kəndləri departamenti.
 MDHP Dərbənd departamenti.
 MDHP Qərbi Azərbaycan departamenti.
 MDHP Güney Azərbaycan departamenti.
 MDHP Diaspora departamenti.
 MDHP Türk Dövlətləri ilə əlaqələr departamenti

DEPARTAMENTİN STRUKTURU:

 Departament Konfransı.
 Departament Ağsaqqallar Şurası.
 Departament Sədri.
 Departament Sədrinin Aparatı.

DEPARTAMENT KONFRANSI:

1. Departament üzvülərinin ümumi sayının yarısından çoxu işrirak etdikdə səlahiyyətlidir;
2. MDHP Məramnaməsi və Nizamnaməsinə uyğun olaraq Departamentin fəaliyyətinin əsas istiqamətlərini, vəzifələrini müəyyən edir:
3. Departament Ağsaqqallar Şurasının üçdə ikisini, Departament Sədr Aparatını Sədrin təqdimatı ilə seçir, onların hesabatını dinləyir:
4. MDHP Ali Məclisinə üzv seçir, onun hesabatını dinləyir:
5. MDHP Qurultayına nümayəndələr seçir:
6. Konfranslararası dövürdə Departamentin ali orqanı Ağsaqqallar Şurasıdı. (Ağsaqqallar Şurası konfransın müstəsna səlahiyyətlərinə aid olan məsələlərdən başqa departamentin fəaliyyətinə dair bütün məsələləri həll edir.)

Departament Ağsaqqallar Şurası:
1. Ağsaqqallar şurası üzvülərinin, üçdə ikisi konfrans tərəfindən, üçdə biri isə Ağsaqqallar şurasının yığıncağında sadə səs çoxluğu ilə seçilir;
2. Ağsaqqallar şurasına Departamentin sədri rəhbərlik edir;
3. Ağsaqqallar şurası katibini seçir;
4. Ağsaqqallar şurası Sədrin təqdimatı ilə İcra orqanının üzvülərini təsdiq edir, departamentin smetasını və ştat cədvəlini qəbul edir;
5. Departamentin mətbu orqanını təsis edir, departament Sədrinin təqdimatı ilə bu mətbu orqanının Baş redaktorunu təsdiq edir;
6. Ağsaqqallar şurası adına uyğun bölgənin ictimai-siyasi, iqtisadi həyatının müxtəlif sahələri ilə əlaqədar təkliflər verir, rəylər hazırlayır, ictimai rəyi formalaşdırmaq üçün tədbirlər, görüşlər və s. keçirilməsi haqda qərarlar qəbul edir:
7. Departament, MDHP Nizamnaməsinin tələblərini dəfələrlə pozduqda, MDHP Ali orqanlarının qərarlarına davamlı surətdə əməl etmədikdə, MDHP Nizamnamə Komissiyasının rəyi nəzərə alınmaqla, MDHP Ali Məclisinin qərarı ilə buraxıla bilər;
8. Departamentin seçkili orqanlarının təşkili və fəaliyyəti bu əsasnamə ilə tənzimlənir.

Departament Sədri:
1. MDHP Sədri tərəfindən təyin edilir;
2. Departament Sədrinin Aparatına və Ağsaqqallar şurasına rəhbərlik edir.

Departament Sədrinin Aparatı:
1. Departament Sədrinin rəhbərlik etdiyi icra orqanıdır.

Departamentin hüquqi statusu və əmlakı.
1. Departament MDHP qarşısında hesabatlı, möhürü, ştampı, blankı, əmlakı, banklarında hesabı, vəsaiti, ştatlı işçiləri və s. olan hüquqi şəxsdir.
2. Departamentin mülkiyyətində Azərbaycan və Beynəlxalq qanunvericiliyə uyğun əldə edilmiş əmlaklar ola bilər.

*******