Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Departamentlər

MDHP Türk dövlətləri ilə əlaqalər Departamenti Uyğur türklərinin qətliamına etiraz olaraq BMT Baş Katıbınə MÜRACİƏT etdi

MDHP Türk dövlətləri ilə əlaqalər Departamenti Uyğur türklərinin qətliamına etiraz olaraq BMT Baş Katıbınə MÜRACİƏT etdi

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun cənablarına
Milli Dirçəliş Hərəkatı Partiyası Türk dövlətləri ilə əlaqalər Departamentinin

MÜRACİƏTİ



Bildiyiniz kimi, Çində yaşayan Uyğur türklərinə qarşı illərdi nizamlı şəkildə Çin hakimiyyəti tərəfindən hər tərəfli ... iqtisadi, siyasi, mədəni basqı davam edir. Buna qarşı çıxan Uyğur türklərinin daim səsini kəsmək üçün təzyiqin istənilən formasından istifadə edilmişdir. Bu gün isə onları kütləvi şəkildə öldürüb, məhv edirlər.
24 aprel 2013-cü ildə Çin xüsusi təyinatlı polislərinin Kaşqarın Baçu kəndində bir evə hücum etdiyi, basqın nəticəsində 10 uyğurun öldürüldüyü bilinməkdədir.
Bundan sonra kənddə yaşayan digər uyğurlar əllərinə keçən balta, dəyənək, yaba və digər alətlərlə polislərə hücum çəkib. Ümumilikdə qarşıdurmalar zamanı 21 nəfər həyatını itirib. Ölənlərdən 6 nəfəri polisdir. Bu, 2009-cu ilin iyulunda Sincan Uyğur Muxtar Vilayətinin inzibati mərkəzi Urumçidə 200 nəfərin ölümü ilə nəticələnən qarşıdurmalardan sonra yaşanan ən qanlı gündür.
BMT-nin yaranış qayəsinin əsasında millətlərin haqq və hüququnu qorumaq anlayışı olduğundan, BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən biri olan Cinin Uyğur Türklərinə qarşı törətdiyi soyqırım əməlləri qətiyyətlə pislənməlidir.

Milli Dirşəliş Hərəkatı Partiyası Türk dövlətləri ilə əlaqalər Departamenti Birləşmiş Millətlər Təşkilatından Uyğur qardaşlarımızın haqq səsinə səs verməsini və Cin terrorunu durdurmasını tələb edir.


Milli Dirçəliş Hərəkatı Partiyası Türk dövlətləri ilə əlaqalər Departamenti.
25 aprel 2013-cü il.